12:42 29.11.2023 376

"Dəvət gözləyirdim, amma olmadı" - Rəhman "Turan Tovuz"dan təklif aldığını açıqladı

Bu gün "Neftçi" yarımmüdafiəçisi Rəhman Hacıyev üçün mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, jurnalistlər önünə çıxan 30 yaşlı yarımmüdafiəçi "Araz Naxçıvan"la çempionat matçından (1:1) sonra niyə danışmadığını deyib:

"Oyundan sonra bəzən əsəbi oluruq və danışmağa hazır olmuruq. Bu səbəbdən "Araz-Naxçıvan"la matçdan sonra danışmaq istəmədim.

Rəqibin qolunda heç kimin səhvi yox idi. Ötürmə ideal alınmışdı. Amma qarşılaşmanın gedişində səhv edə bilərik. Nəzərə almalıyıq ki, meydanda çıxış edən futbolçudur. Evdə cəmi bir görüşdə qələbə qazanmışıq. Hər şey istədiyimiz kimi getmir. Mövsümə yaxşı başlamadıq, komandaya təzyiq var. Amma işə peşəkar yanaşmalıyıq. Çoxları fikirləşir ki, çempionat bitib və biz 6-cı sırada qalmışıq. Nə olacağını bilmək olmaz. Daha çox köklənmək lazımdır. Qarşılaşmalarda istəyimiz də artmalıdır. Premyer Liqada ilk yarının başa çatmasına 4 oyun qalıb. Ən azı üçündə qalib gəlmək niyyətindəyik".

Hacıyev müqavilə müddətinin uzadılması ilə bağlı "ağ-qaralar"la danışıqların davam etdiyini açıqlayıb: "Dekabrın sonunda hər şey bəlli olacaq. Başqa təkliflərim də var. Burada oynamaq arzum idi. Komandaya gələndə də yaşım az idi. Heç vaxt pulu fikirləşməmişəm. Daha yaxşı təkliflərim də olub. "Neftçi" "qal" desə, düşünmədən razı olacağam".

Tovuzlu futbolçu "Turan Tovuz"un da ona təklif göndərdiyini vurğulayıb: "Ölkəmizdə "Neftçi"dən başqa heç yerə getmərəm. "Keşlə"də (hazırkı "Şamaxı") icarədə olanda da komandanın matçlarını stadiondan izləyirdim. Bu klubun azarkeşiyəm".

O, milliyə dəvət almamasına belə münasibət bildirib: "Dəvət gözləyirdim, amma olmadı. Canni De Byazi ilə bu barədə danışmaq istəyirdim. Amma belə imkan yaranmadı. Həm də onunla danışsaydım, deyəcəkdim ki, məni niyə çağırmırsan?"

Orta xətt oyunçusu millidə yerli baş məşqçinin işləməsinin tərəfdarı olduğunu vurğulayıb: "Yığmanın yerli mütəxəssisə tapşırılmasının tərəfdarıyam. Ona da şans, vaxt vermək lazımdır. Çünki 6 ay və 1 il ərzində heç kim istədiyini edə bilməz".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

Facebookdan bizi izləməyi unutmayın.
X