12:59 06.04.2022 1226

"Şamaxı", ay "Şamaxı"

Mirağa Mirzəyev

Heyran olmuşam axı,
Qurban olmuşam axı, 
"Şamaxı", ay "Şamaxı".

"Keşlə" bundan sonra "Şamaxı" adlanacaq. Bakılılar tarixi şəhəri təmsil edəcəklər. Bundan sonra Şamaxı rəsədxanasından ulduzlara boylanmaq lazım gəlməyəcək, çünki "ulduzlar" bu şəhərin ayağına gəlir. 

Qədim diyarın indiyə qədər baxımsız qalan şirləri özlərini klubun loqosunda görəcəklər. Şəhər futbol ab-havası ilə alışıb yanacaq. "Qəbələ"nin tərəfdarları da yaxın şəhərin komandasına azarkeşlik etməyə başlayacaqlar. İsmayıllıdan, Oğuzdan, Qobustandan dəstə-dəstə insanlar axışıb artıq tarixin yaddaşına qovuşan "Keşlə"ni izləməyə gələcəklər. Mərəzə kəndinin çılğın tərəfdarlarından ibarət fan-klubun yaranması ilə "Keşlə"nin illərdir davam edən bütün mərəzlərinə əlac tapılacaq.    

"Əcnəbi seyrə balonlarda çıxır, 
Biz hələ avtomobil minməyiriz", - deyən Mirzə Ələkbər Sabir boylanıb dəyəri beş qəpik olan yerli futbolçuların mindiyi, qiyməti on minlərlə ölçülən maşınları görəndə ovaxtkı "zarafat"ına görə utanacaq.     

"Gətir, gətir, gətir ol kaseyi rəvanpərvər,
Götür, götür, götür ol çəngi, bir nəva göstər", - deyən ustad Nəsiminin ruhunu hər mövsüm "kasa", yəni kubokla şad edəcəklər. ÇL-in, AL-in kubokları lap böyük olur, bir az da qeyrət edib yekəsindən gətirəcəklər. 

Klubun himni üçün Afət Fərmanqızının "Pəncü-şeş" mahnısını götürəcəklər. Axı o da Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" qəzəlinə bəstələnib.  

"Keşlə"nin adını dəyişib Şamaxıya köçməsi münasibətilə əslən bu şəhərdən olan keçmiş hakim və klub idarəçisi Tahir Süleymanovu, onun qardaşlarını - Məzahir və Mahir müəllimləri təbrik etmirəm. Qoy Süleymanov qardaşları inciməsin. Əvəzində böyük futbolun Şamaxıya qayıtması münasibətilə dahi sənətkarımız Alim Qasımovu, muğamları naləni əvəz edən Elnarə Abdullayevanı, gözəl ifaçı Zabit Nəbizadəni, muğam müsabiqəsindən tanıdığımız Xətai Hacıyevi, Mirələm Mirələmovu, Aşıq Əlini cani-dildən bağrıma basıram. Niyə? Bu sənətkarların futbola nə qədər dəxli varsa, "Keşlə"nin də Şamaxıya o qədər aidiyyatı var.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 May 2024
09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09 May 2024
09:25

Avropa Liqasında finalçılar müəyyənləşir - YENİLƏNİR

01 Yanvar 1970
04:00

04:00

04:00

09:00

"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

04:00

04:00

00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

Facebookdan bizi izləməyi unutmayın.
X