"Mançester Siti" belçikalı yarımmüdafiəçi Kevin De Bröyneni əvəz edə biləcək futbolçu tapıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, “şəhərlilər” hazırda “Nyukasl”da çıxış edən braziliyalı yarımmüdafiəçi Bruno Gimaraeşlə maraqlanır. Potensial müqavilənin dəyəri təxminən 117 milyon avro ola bilər. PSJ futbolçu üçün mübarizədə "Mançester Siti"nin rəqibi hesab olunur.
De Bröynenin Səudiyyə Ərəbistanı çempionatına keçə biləcəyi bildirilir.
Gimaraeşin "Mançester Siti" ilə 2028-ci ilin yayına qədər müddətə müqavilə imzalayacağı gözlənilir. Yarımmüdafiəçi bu mövsüm İngiltərə klubunun heyətində 31 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa