İngiltərə Premyer Liqasının növbəti mövsümündə "Everton"un xalları silinə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, söhbət klubun yeni stadionun tikintisi üçün göstərilən 6,5 milyon funt-sterlinqin faiz məbləği ilə bağlıdır. Bu isə maliyyə feyr-pleyinin pozuntusunu şərtləndirə bilər. Məsələ mövsümün sonunda müzakirə olunacaq.
Xatırladaq ki, ötən ilin noyabrında “Everton”dan qazanc və sabitliklə bağlı Premyer Liqa qaydalarını pozduğuna görə 10 xal silinsə də, tezliklə dörd xal geri qaytarılmışdı. Ancaq aprel ayında eyni səbəblə "şirniyyatçılar"dan daha iki xal silinib.
Mirağa