"Ştutqart"ın vingeri Kris Fyüriçin yay transfer pəncərəsində başqa komanda ilə müqavilə imzalamaq ehtimalı yüksəkdir.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport Bild" məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunu vaxtilə gənclər komandasında çıxış etdiyi Dortmund "Borussiya"sı geri qaytarmaq istəyir. Bununla belə, müqavilədəki 23,5 milyon avroluq sərbəstqalma məbləği ilə bağlı maddə "arılar" üçün problemdir. Üstəlik, Fyürix özü hazırda transfer üçün favorit sayılan “Bayern Münhen”ə keçmək istəyir.
Xatırladaq ki, Kris bu yaxınlarda Almaniya millisində debüt edib. Hazırkı Almaniya Bundesliqasında 26 yaşlı vingerin aktivində 7 qol və 7 məhsuldar ötürmə var.
Mirağa