Fransanın Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan təmsilçilərindən Yekaterina Ryabova buz üzərinə çıxıb. Təmsilçimiz 65.50 xal toplayaraq 9-cu yerdə qərar tutub və beləliklə, növbəti mərhələyə yüksəlib.
Yekaterinanın yarışda növbəti çıxışı sərbəst proqram üzrə martın 25-də olacaq.
Xatırladaq ki, martın 27-dək davam edəcək dünya çempionatında Azərbaycan Ryabovadan başqa, daha 3 idmançı ilə təmsil olunur. Kişilərin fərdi mübarizəsində Vladimir Litvintsev martın 24 -də qısa proqramda, 26-da sərbəst proqramda çıxış edəcək.
Yekaterina Kuznetsova və Aleksandr Kolosovski dueti isə martın 25 və 26-da qısa və sərbəst proqram üzrə məharətlərini göstərəcəklər.