“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının altıncı turu olan Monako Qran-Prisinin qalibi olub.
Fanat.Az xəbər verir ki, ikinci yeri “Aston Martin” komandasının ispan pilotu Fernando Alonso tutub. Finişi üçüncü keçən isə “Alpin”dən fransalı Esteban Okon olub.
Qeyd edək ki, Ferstappen cari çempionatda dördüncü qələbəsini qazanıb. Son dünya çempionu fərdi sıralamada liderliyini davam etdirir.