"Formula 1" üzrə 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı bəllidir.
Fanat.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Bakının ev sahibliyi edəcəyi mərhələ 13-15 sentyabrda baş tutacaq.
Ümumilikdə 24 yarışın keçiriləcəyi mövsümə fevralın 29-da Bəhreyn Qran-prisi ilə start veriləcək. İlin son yarışı isə 6-8 dekabrda Əbu-Dabidə olacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi ilk dəfə sentyabrda keçiriləcək.