Polşada keçirilən III Avropa Oyunlarında çimərlik futbolu yarışları davam edir.
Fanat.Az xəbər verir ki, A qrupunun ikinci turu çərçivəsində bu gün Azərbaycan yığması Portuqaliya komandası ilə qarşılaşacaq.
18:00 Portuqaliya - Azərbaycan
Azərbaycan: Elçin Qasımov, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Sabir Allahquliyev, Vaqif Şirinbəyov, Elşad Manafov, İsa Zeynallı, Fuad Hüseynov, Ramil Əliyev, Kamran Qürbətov, Hüseyn Axundov.
Qeyd edək ki, ilk turda Portuqaliya İspaniyaya qalib gəlib (7:5), Azərbaycan isə Polşaya uduzub (2:7).