Daha bir rusiyalı tennisçi antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb.
Fanat.Az TASS-a istinadən xəbər verir ki, bu, 24 yaşlı Vladislav İvanovdur.
İvanov 2022-ci ilin sentyabrında Beynəlxalq Tennis Federasiyasının Mərakeşdə keçirilən turnirində sidik nümunəsi verməkdən imtina etdiyi və yarış yerindən uzaqlaşdığı üçün 2027-ci il 20 dekabr tarixnə qədər diskvalifikasiya edilib.
Daha öncə rusiyalı Darya Mişina, Yelizaveta Dyomina müvafiq olaraq testosteron və meldonium istifadəsinə görə üç il müddətinə kortdan kənarlaşdırıblar.
İvanov kimi, İvan Mixaylyuk da testdən yayındığı üçün 4 il müddətinə diskvalifikasiya olunub.