Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova və Marqarita Stepanenko Macarıstan kubokunun finalında üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, kapitanımız Ayşənin formasını geyindiyi “Vasas Obuda” və hücumçumuz Marqaritanın şərəfini qoruduğu “Swietelsky-Bekescsaba” komandalarının final qarşılaşması maraqlı mübarizədə keçib.
Bu görüşdə “Vasas Obuda” rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti dəfə kubokun sahibi olub.
Final matçında Ayşən 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Abdulazimova hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub. Marqarita Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.