"Qalatsaray" transferin son günündə heyətinə daha bir futbolçu qatıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu Yasmin Latovleviçin ardınca Sedrik Karraskonun transferini elan edib.Klubun yaydığı rəsmi açınlamada bildirilir ki, "Bordo"dan gələn fransız qapıçı üçün transfer haqqı ödənilməyib. 35 yaşlı fransız qapıçı ilə bir illik müqavilə imzalanıb. O, 600 min avro maaş alacaq. Bundan başqa ona forma geyindiyi Super Liqa və kubok oyunlarında komandanın qazanacağı hər xala görə 5 min avro mükafat veriləcək. Oynamadığı oyunlarda isə komandanın qazandığı hər xala görə 1250 avro alacaq.
Qeyd edək ki, Sedrik Karrasko əvvəllər Fransanın "Marsel", "Genqam", "Tuluza" və İngiltərənin "Kristal Palas" klublarında forma geyinib. O, 2011-ci ildə Fransa millisində bir oyun keçirib.
Fanat.Az