“İnter”in prezidenti Georgi Nikolov hazırda Brüsseldədi. Miladı qarşılamaq üçün Belçikanın paytaxtına yollanan başqan yalnız bayramı Avropada qeyd etməklə kifayətlənməyəcək.
Bolqar futbol funksioneri Fanat.az-a açıqlamasında bunları deyib: “Bayramı burda qarşılayacağım dəqiqdi. Ancaq bəzi futbol məsələləri də var. Yerli futbolçulardan birinin “İnter”də oynamaq perspektivini müzakirə edəcəyik. Ad açıqlamayacam. Ancaq onu deyə bilərəm ki, sayılıb-seçilən oyunçulardandı”.
Fanat.az