UEFA İtaliyada yayılmış koronavirusa görə "AVRO-2020"nin vaxtını dəyişəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa futbol qurumu qitə çempionatının vaxtını dəyişmək fikrində deyil:
"Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlayacaq. Biz koronavirusun yayılmasına görə daim təşkilatçılar və yerli hakimiyyət orqanları ilə əlaqədəyik. İndi planlaşdırılmış vatxda nəyisə dəyişməyin mənası yoxdur. Amma biz bu məsələni diqqətlə izləyirik".
Qeyd edək ki, "AVRO-2020"nin açılış mərasimi iyunun 12-də Romada baş tutacaq. Turnirin oyunları 12 iyun – 12 iyul aralığında Avropanın 12 şəhərində keçiriləcək. Çempionatın 4 oyunu Bakıda olacaq.
Fanat.Az