AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Finlandiya - Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Bröyne UEFA-nın rəsmi saytı vasitəsi ilə matçın ən yaxşısı elan edilib.
Komandasının vurduğu ikinci qolun ötürməsini məhz Kevin verib.
De Bröyne "Mançester Siti”də çıxış edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol