AVRO-2020-nin yarımfinalında keçirilən İngiltərə - Danimarka oyununda 104-cü dəqiqədə qonaqların futbolçusu Rəhim Sterlinqə qarşı kobudluğa hakim ingilislərin qapısına penalti təyin edib. Lakin zərbəni yerinə yetirən Harri Keynin cəhdi uğursuz alınıb.
Fanat.Az xəbər verir ki, Danimarka millisinin qapıçısı Peter Şmeyxel "beIN Sports"açıqlamasında həmin penalti epizodunu şərh edib:
"Yalnış qərar idi. Bu mübahisələr hələ uzun müddət davam edəcək. Penalti deyildi. İngiltərə adi oyun epizodundan və ya əldə etdiyi təhlükəli hücumlar zamanı qol vursaydı, məğlubiyyətə sakit reaksiya verərdim. Ancaq təəssüf ki, hakim böyük bir səhvə yol verdi. Hamının fikrini bilirəm. Telefonuma yüzlərlə zəng və ismarıc gəlib ki, penalti deyildi. Hər halda, Danimarka millisi ilə qürur duyuruq."
Qeyd edək ki, İngiltərə - Danimarka matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda daha bir qol vuran ingilislər finala yüksəliblər. Britaniyalılar həlledici oyunda İtaliya ilə üz-üzə gələcəklər.
Emin Şəmsiyev