Böyük Britaniyanın Nəqliyyat Naziri Qrant Şepps İtaliya millisinin azarkeşlərinə səslənib.
Fanat.Az xəbər verir ki, o, AVRO-2020-nin finalını izləmək üçün İngiltərəyə keçməyə cəhd edən azarkeşlərə xəbərdarlıq edib.
"Times Radio"nun efirində danışan nazir bildirib ki, "Onları onsuz da buraxmayacaqlar. Bunu etməyə gərək yoxdur. Karantin qaydalarına görə, Böyük Britaniyaya gələn bir çox reyslər ləğv olunub".
Qeyd edək ki, AVRO-2020-nin finalı 11 iyulda Londonun "Uembli" stadionunda İngiltərə ilə İtaliya yığmaları arasında keçiriləcək.
Röya