İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2020-nin finalında İtaliyaya qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, UEFA-nın saytına belə danışıb:
"İtaliya son iki ildə parlaq oyun sərgiləyir. Nə dərəcədə inkişaf etdikləri göz önündədir. İtaliyanın necə oynadığını bilirik. Əla üslubları var. Bu komandaya qol vurmaq həmişə çətin olur. Şübhəsiz, finala çıxmağa layiq idilər. Bu yolda iki ən yaxşı komandanı - Belçika və İspaniyanı məğlub etdilər. Deyərdim ki, mümkün olan ən çətin sınaq bizi gözləyir".
Qeyd edək ki, iyulun 11-i "Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.