AVRO-2020 başa çatıb.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin ən sərrast oyunçusunun kimliyinə aydınlıq gəlib.
Bu, hesabında 5 qol olan Kriştianu Ronaldudur. Portuqaliya millisinin superulduzu eyni sayda qol vuran çex hücumçunu - Patrik Şiki əlavə göstəricilərdə qabaqlayıb.
Ronaldu bir məhsuldar ötürmə ilə yadda qalıbsa, Şik bunu bacarmayıb. Bundan başqa, Kriştianu (360 dəqiqə) meydanda Patrikdən (404) az vaxt keçirib.
Qeyd edək ki, Londondakı "Uembli" stadionunda baş tutan finalda İtaliya İngiltərəni oyunsonrası penaltilərlə (1:1, 3:2) yenərək çempion olub.
Nihat