AVRO-2020-nin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, İtaliya yığmasının qapıçısı Canluici Donnarumma turnirin ən yaxşısı adına layiq görülüb.
Donnarumma Danimarka millisinin sabiq qolkiperi Peter Şmeyxeldən sonra Avropa çempionatının ulduzu ünvanına sahib çıxan növbəti qapıçı olub.
Qeyd edək ki, Londondakı "Uembli" stadionunda baş tutan finalda İtaliya İngiltərəni oyunsonrası penaltilərlə (1:1, 3:2) yenərək çempion olub.
Nihat