“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Olimpiakos” futbolçusu Rodineylə müqaviləni yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, tərəflər arasında 3 il müddətinə yeni müqavilə imzalanıb.
Rodiney 2022-ci ildən Pirey təmsilçisinin formasını geyinir. O, bu mövsüm Yunanıstan Superliqasında 4 oyunda 1 qol vurub, 1 qol ötürməsi verib.
Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”la yanvar 30-da səfərdə üz-üzə gələcək.