11:30 01.11.2024 862

"Qarabağ" üçün bitməyən ümid - Mübarizə indi başlayır

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

UEFA Avropa Liqasında çıxış edən təmsilçimiz "Qarabağ"ın Liqa mərhələsindəki ilk üç oyunda uduzmasından sonra Ağdam klubunun yoluna davam etmək şansı xeyli azalıb. Ancaq ümid tükənməyib, əksinə, hələ də real görünən imkan var. İtiriləsi heç nəyin qalmadığını nəzərə alsaq, Qurban Qurbanovun komandası üçün mübarizə məhz növbəti həftədən başlayacaq. "Qarabağ"ın hansı halda 1/8 finala (nəzəri cəhətdən şans var) və ya pley-offa (praktiki mümkündür) çıxacağı ilə bağlı dəyərləndirmə apara bilərik.

Üç oyundakı itkinin miqyası 

Perspektivə nəzər salmazdan əvvəl ilk üç oyundakı məğlubiyyətlərin "Qarabağ"ın növbəti mərhələyə çıxmaq planlarını nə dərəcədə pozduğuna baxaq. Liqa mərhələsinin püşkatmasından sonra təmsilçimizin "Tottenhem" (İngiltərə), "Olimpik Lion" (Fransa), "Ayaks" (Niderland), "Budyo Qlimt" (Norveç), "Olimpiakos" (Yunanıstan), "Malmö" (İsveç), "Styaua" (Rumıniya) və "Elfsborq" (İsveç) kimi rəqiblərlə qarşılaşmalardan 11-12 xal toplamaq ehtimalı əlçatan hesab edilirdi. Hansı ki, ingilislərlə niderlandlılara əsas favorit gözü ilə baxılır, onlardan xal almaq şansı mümkünsüz hesab olunurdu. Bu mənada yalnız Bakıda "Malmö"yə məğlubiyyət yerinə düşmədi. Hər halda, 11-12 xalın 3-ü, ən pis halda, 1-i isveçlilərlə görüşün payına düşürdü. Həmin itkini isə az şans saydığımız oyunlar hesabına sığortalamaq mümkündür.... 

Bir qələbə çox şeyi dəyişəcək

Qeyd etdiyimiz kimi, hələ heç nə itirilməyib. Bunu Liqa mərhələsinin turnir cədvəlindəki sıralamaya əsasən də görmək mümkündür. Düzdür, "Qarabağ" hazırda sonuncu - 36 yerdə qərarlaşıb və lap aşağıdan yuxarı iddialı boylanmaq qəribə səslənə bilər. Ancaq Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir qələbə ilə vəziyyəti xeyrinə dəyişə, şansını artıra bilər. Pley-off isə əlçatandadır. Mübarizəni davam etdirməyə imkan verəcək 24 komanda arasına düşmək kifayət qədər realdır. Təsadüfi deyil ki, 20-24-cü pillələrdə qərarlaşan 5, eləcə də 25, 26, 27 və 28-ci yerlərdə olan daha 4 komandanın aktivində 3 xal var. Liqa mərhələsinin üç turdan sonrakı turnir cədvəlinə diqqət yetirsək, 36 komandadan 11-i qələbə qazanmayıb. Doğrudur, aktivinə xal yazmayan cəmi 3 iştirakçı var ki, "Qarabağ" da onların arasındadır. Amma bir qələbə "köhlən atlar"ı yuxarı sıralara yaxınlaşdıra bilər. 





Təəssüfləndirici məqam komandanın "Tottenhem" və "Ayaks"la matçlarda böyük fərqlə (hər ikisinə 0:3 hesabı ilə) uduzmasıdır. Nəticədə komandanın vurub-buraxdığı topların mənfi saldosu 7-dir. Bu isə 35 komandanın hamısının göstəricisindən pisdir. Səkkiz oyunluq marafonun sonunda 24 komanda arasında olduqda, məhz əlavə göstəricilərə, o cümlədən top fərqinə baxılacaq. 
"Qarabağ" ən çətin olanı məhz gələn həftə reallaşdıra bilər. Təmsilçimiz 4-cü turda Norveçdə "Budyo Qlimt"lə qarşılaşacaq. Noyabrın 7-də baş tutacaq oyun bəlkə də həlledici olacaq, "davam, yoxsa tamam" seçimini özündə ehtiva edəcək. Doğrudur, ehtimallardan danışılarkən son illər avrokuboklarda kifayət qədər özündən söz etdirən, xeyli inkişaf edən, hətta qitənin ən sanballı komandalarına qalib gəlməyi bacaran "Budyo Qlimt"dən səfərdə xal almaq gözdən çıxarılırdı. Amma startdakı ardıcıl məğlubiyyətlərdən sonra özünəinamı qaytarmaq, nəhayət xal hesabını açmaq üçün Norveçdə uduzmamaq hava-su kimi vacibdir. 

Niyə də olmasın? 

Müqayisə etsək, "Qarabağ" Norveç təmsilçisindən reytinqli komandadır.  Konkret, Avropanın top-komandalarının reytinq siyahısında olan təmsilçimiz qitədə 63-cüdür. Azərbaycan çempionunun rəqibi 100 ən yaxşı arasında - ancaq “Qarabağ”dan 23 addım geridədir. Digər tərəfdən, komandamızın avrokubok təcrübəsi də "Budyo Qlimt"dən çoxdur. 
O ki qaldı, cari mövsümkü performansa, norveçlilərin işləri pis gedir. "Qarabağ"ın rəqibi Liqa mərhələsində 2 Portuqaliya təmsilçisinə, "Portu" (3:2) və "Braqa"ya (2:1) qalib gəlib, Belçika "Union"u ilə heç-heçəyə (0:0) razılaşıb. Beləliklə, minimal hesablı qələbələr və qolsuz heç-heçə "Budyo Qlimt"in 1/8-ə vəsiqə verən sonuncu yerdən bir pillə geridə - 9-cu yerdə qərarlaşmağa imkan verib. 
Ümumilikdə götürdükdə isə Xyetil Knutsenin baş məşqçisi olduğu komandanın son vaxtlardakı nəticələrini qeyri-sabit hesab etmək olar. "Sarı ordu" bütün cəbhələrdə son 10 matçın tən yarısında xal itirib (3 məğlubiyyət, 2 heç-heçə). Norveç çempionatında sona 4 tur qalmış əsas izləyicisini 2 xal qabaqlayaraq lider olsalar da, tez-tez büdrəməklə xal fərqinin əriməsinə şərait yaradıblar. Dörd gün əvvəl Eliteseriendə "Qarabağ"ın yaxşı tanıdığı "Rusenborq"a 2:3 uduzublar. 

"Budyo Qlimt"in qayğıları

Avrokubok matçına daha yaxşı motivasiya olan komandanın zədə qayğılarının olduğunu qeyd etmək yerinə düşər. Elə "Rusenborq"la matçda 7 heyət üzvü oynamayıb. Qaute Vetti (bir il), Syver Skeide (11 ay), Omar Elabdellaui (10 ay), Daniel Bassi (8 ay), Samuel Burakovski (3 ay), Brede Myö (1,5 ay) kimi uzun müddətli zədəlilərdən başqa, komandanın əsas bombardiri, danimarkalı Kasper Heq də sıradan çıxıb. O, "Tromse" ilə iki həftə əvvəl baş tutan çempionat matçında zədələnərək əvəzlənib. Son iki oyunda - "Braqa" ilə AL və "Rusenborq" ilə çempionat qarşılaşmalarında yer almayıb. 23 yaşlı forvard 2024-cü ildə Eliteseriendə 21 matça çıxaraq 10 qol vurub. O, avrokubok oyunlarında da məhsuldarlıq nümayiş etdirir. Kasper bu mövsüm ÇL və AL-də ümumilikdə 7 matçda 3 dəfə fərqlənib. 


Təqvim missiyanı tamamlamağa ümid verir

Qarşıda hələ 5 oyunu qalan "Qarabağ" noyabrdakı görüşlərdən də əliboş ayrılsa, şansını "Elfsborq", "Styaua" və "Olimpiakos"la görüşlərə saxlayacaq ki, belədə maksimum nəticə belə işə kifayət etməyə bilər. Odur ki, həm "Budyo Qlimt"lə səfər, həm də "Olimpik Lion"la ev oyunundan xal qopamaq lazımdır. Doğrudur, bu elə də asan olmayacaq. Qeyd etdiyimiz kimi, Norveç təmsilçisi Liqa cədvəlində 9-cu yerdədirsə, fransızlar 10-cudur. Ümumiyyətlə, hazırda "Qarabağ"ın 8 rəqibindən ikisi ("Tottenhem" və "Ayaks") ilk "8-lik"də, daha dördü ("Budyo Qlimt", "Olimpik Lion", "Olimpiakos", "Styaua") isə 9-13-cü yerlərdə qərarlaşıblar. Bu da təmsilçimizin nə qədər çətin çətin komandalarla üz-üzə qaldığından xəbər verir. Amma yeni formatın özəlliyi də odur ki, "Qarabağ"a qalib gələn "Tottenhem", "Ayaks" və "Malmö"nün irəlidə olması təmsilçimizə mane olmur. Onlar 36 komandadan sadəcə üçüdür. "Qarabağ" həm də Liqa mərhələsində qarşılaşmadığı komandaların zəif nəticələrindən yararlanıb 12-13 pillə önə çıxa, pley-offda mübarizəni davam etdirə bilər. Əlbəttə, bunun üçün ilk növbədə qarşıdakı 5 oyundan xal və xallar götürmək lazımdır. 
Təbii ki, daha uzağa boylanıb proqnoz vermək fikrində deyilik. Əvvəlcə qarşıdakı iki oyuna baxmaq, bu qarşılaşmalardan xal qoparmaq, belədə ehtimal edilən ehtiyatı riyazi olaraq 10-un üzərinə çıxarmaq lazımdır. Əlbəttə, təqvimin sonluğu daha əlverişli və ümidverici görünür. Qurbanovun rəhbərlik etdiyi kollektivin "Elfsborq"u qonaq qismində yenməsi, ən yaxın keçmişdə Pireydə 3:0 hesablı məğlubiyyətə uğratdığı "Olimpiakos" səfərindən qalibiyyətlə dönməsi, Bakıda "Styaua"nı üstələməsi arzulanan xalı toplamağa kifayət edəcək. Bizə "Qarabağ"a uğur arzulamaq, yanvara qədər davam edəcək marafonun formallığa çevrilməyəcəyinə ümid etmək qalır.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X