UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Keşlə” – "Laçi” matçından öncə mətbuat konfransı avqustun 26-da, "ASK Arena” stadionunda təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov saat 18:45-də KİV nümayəndələrinin suallarına cavab verəcək. Saat 19:00-da komandanın 15 dəqiqəlik açıq məşqi keçiriləcək.
"Laçi” komandasının baş məşqçisi Armando Kunqunun mətbuat konfransı saat 20:30-da təşkil olunacaq. Qonaq komandanın məşqi saat 21:00-da başlanacaq və ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
Akkreditasiya üçün qeydiyyatdan keçmiş KİV nümayəndələri saat 16:00-dan etibarən öz buraxılışlarını "ASK Arena" stadionundan götürə bilərlər.
Fanat.Az