"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasının II turunda "Başakşahər"ə qalib gəldikləri (2:0) oyundan sonra açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə keçirəcəkləri matç barədə danışıb. 67 yaşlı baş məşqçi Xorvatiya klubunu "Neftçi" ilə müqayisə edib.
"Hazırda ən vacib oyun budu. "Neftçi"dən daha yaxşı komandaya qarşı oynayacağıq. Diqqətli olmalıyıq. Bu rəqibi keçək, sonra "Fənərbağça" ilə matçı düşünərik. Qələbə seriyamızı davam etdirmək istəyirik" deyə Terim bildirib.
Qeyd edək ki, "Qalatasaray" Bakı Olimpiya Stadionunda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. İstanbul klubu "Hayduk"la sentyabrın 24-də "Türk Telekom Arena"da üz-üzə gələcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol