16:44 05.12.2022 1049

“Qarabağ” əzəmətini bir daha göstərdi, “Sumqayıt” ilk qələbəsinə sevindi – Tura baxış

Misli Premyer Liqasının XVI turu bir sıra yaddaqalan məqamlarla diqqət çəkdi.

Turun ən önəmli nəticəsi “Qarabağ”ın “Neftçi” üzərində 4:0 hesablı qələbə qazanması oldu. “Köhlən atlar”ın ən yaxın izləyicisi “Sabah” isə bu turda büdrəməklə hamını təəccübləndirdi. Daha bir maraqlı nəticə Gəncədə qeydə alındı. “Kəpəz” bütün proqnozları alt-üst edərək “Sumqayıt”a uduzdu. Bu qələbə “Sumqayıt” üçün mövsüm ərzində ilk idi.

“Neftçi” – “Qarabağ” 0:4
Qollar:
K.Borges, 37; 83. A.Zubir, 60. R.Şeydayev, 67.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.

“Neftçi”nin “Qarabağ”a doğma meydanda müqavimət göstərəcəyi, uduzmamaq üçün əlindən gələni edəcəyi gözlənilən idi. Mükafatlar uğrunda mübarizə, komandanın imici bir tərəfə. Bu qarşılaşmadan bir gün öncə “Neftçi”nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilmişdi. Düşünmək olardı ki, futbolçular və məşqçilər korpusu yeni rəhbərliyin gözündə etimadı doğrultmaq, gələcək üçün inam yaratmaq üçün meydanda xarüqələr yaradacaqlar. Amma bu proqnozlar özünü doğrultmadı və “Neftçi” böyükhesabla məğlub oldu. 0:4 hesabı heç də təsadüfün və ya bəxtin nəticəsi deyildi, hər şey qanuna uyğun şəkildə yekunlaşdı. “Neftçi” oyun ərzində “Qarabağ”a qarşı ciddi mənada heç nə edə bilmədi. Kadi Borgesin dubl etdiyi oyunda Zubirlə Ramil Şeydayev adama bir dəfə fərqləndilər. Daha bir neçə epizodda “Neftçi”nin qapıçısı İvan Brkiç komandasını qoldan xilas etdi.
“Neftçi”nun rumıniyalı baş məşqçisi Laurentsiu Regekampfın oyundan sonra “utanıram” deməsi acınacaqlı vəziyyətin real göstəricisidi. 32 xalla 4-cü pillədə qərarlaşan “Neftçi” lider “Qarabağ”dan 12 xal geri qalır.

“Qəbələ” – “Səbail” 2:1
Qollar:
F.A.Akal, 35. Ü.İsgəndərov, 63 - K.Luvaqa, 4.

"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
"Səbail": 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov.

“Qırmızı-qaralar” növbəti dəfə doğma meydanda yaxşı oynadıqlarını, heç bir rəqibə baş əyməyə hazırlaşmadıqlarını göstərdilər. Özü də qatı duman şəraitində keçən oyunda hesabı açan tərəf “Səbail” olmuşdu. Bayıl təmsilçisinin bu üstünlüyü cəmi yarım saat davam etdi. Akal 35-ci dəqiqədə hesabı bərabərləşdirdi. Əvəzetmədən meydana daxil olan Ülvi İsgəndərov 63-cü dəqiqədə komandasının qələbə qolunu vurmaqla növbəti dəfə “növbətçi qolçu” imicini təsdiqləmiş oldu. İsgəndərov artıq neçənci dəfədi ki, əvəzetmədən oyuna qoşulur və “Qəbələ” üçün vacib qol vurur. 
Çoxdandı ki, xal ehtiyatını artıra bilməyən “Səbail” hələ 10 xala sahibdi və bu xal sayəsində 8-cı sıradadı. Xalını 24-ə yüksəldən “Qəbələ” 5-ci pillədədi və “Zirə”ni izləməkdə davam edir.

“Sabah” – “Şamaxı” 1:1
Qollar:
K.Sebalyos, 2 - F.Bayramov, 88.
Qırmızı vərəqə: K.Sebalyos, 25 - E.Mustafayev, 75.

"Sabah": 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
"Şamaxı": 1. Rəşad Əzizli (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov, 79. Emil Qasımov.
Baş məşqçi: Vüqar Əsgərli.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.

Şənbə günü doğum gününü qeyd edən Sebalyos “Şamaxı”yla oyunun həm qəhrəmanına, həm də anti-qəhrəmanına çevrildi. 2-ci dəqiqədə fərqlənən ispaniyalı hücumçu “Sabahı” hesabda önə çıxardı. Düşünmək olardı ki, meydan sahibləri davamını gətirəcək və “Şamaxı” böyük hesablı məğlubiyyətdən qaça bilməyəcək. Amma işləri korlayan da elə Sebalyos oldu. Adi vəziyyətdə rəqib futbolçu Kamran Quliyevin üzünə zərbə vuran ispanı baş hakim Rəvan Həmzəzadə tərəddüd etmədən meydandan qovdu. Bundan sonra da “Sabah” meydanda dominantlıq edən tərəf olsa da, “Şamaxı” bir xal ümidlərini qorudu və sonda istəyinə nail oldu. Fuad Bayramov 88-ci dəqiqədə gözəl zərbə ilə hesabı bərabərləşdirdi. Ədalət naminə onu da qeyd edək ki, hesab bərabərləşəndə “Şamaxı”nın da futbolçusu qırmızı vərəqə almışdı, meydandakı futbolçular da sayı bərabər idi.
Bu xal itkisi “Sabah” üçün xüsusiylə də qanqaraldıcı oldu. Çünki bu tura qədər “Qarabağ”dan cəmi 3 xal geri qalan masazırlılar indi liderin 5 xal gerisindədi. Onların aktivində 39 xal var. İkinci dövrədə əla çıxış edən “Şamaxı” isə 12 xalla 7-ci pilləni tutur.

“Kəpəz” - “Sumqayıt” 0:1
Qol:
V.Hüseynov, 89.
Qırmızı vərəqə: V.Mustafayev, 84.

"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi.
Baş məşqçi: Tərlan Əhmədov.
"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev.

“Sumqayıt” mövsümün ilkinə Gəncədə imza atdı. “Gənclik şəhəri”nin təmsilçisi “Nizami yurdu”nda mövsümün ilk qələbəsini qazandı. Görüşün taleyini həll edən qola “Sumqayıt” kapitanı Vurğun Hüseynov 89-cu dəqiqədə imza atdı. Maraqlıdı ki, bundan beş dəqiqə əvvəl “Sumqayıt” azlıqda qalmışdı. Son vaxtlar “Sumqayıt”da aparılan “təmizləmə əməliyyatı” futbolçuları “qəflət yuxusu”ndan oyadıb. Bu yerdə xatırladaq ki, Samir Abasovun komandası ötən tur da “Qəbələ”yə uduzmamışdı.

“Kəpəz” isə qeyri-sabit oynamağa davam edir. Sanki komandanın oyununda motivasiya çatmır, futbolçular nəyin uğrunda mübarizə aparacaqlarını bilmirlər. Ölkə kubokunda məhz “Sumqayıt”ı mübarizədən kənarlaşdıran “Kəpəz”in doğma meydanda aldığı acınacaqlı məğlubiyyətə başqa cür izah vermək olmur.
16 turdan sonra 10 xalı olan “Kəpəz” 9-cu, 9 xallı “Sumqayıt” isə 10-cu pillədə qərarlaşıb. Mövsümün sonunda da bu komandaların təxminən o sıralarda olacağı şübhə doğurmur.

“Zirə” - “Turan Tovuz” 2:1
Qollar:
F.Paxtmann, 74. K.Bayramov, 85-öz qapısına – A.Quseynov, 86.
Matçın 31-ci dəqiqəsində H.Keyta penaltidən yararlana bilməyib (qapıçı).

"Zirə": 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 3. Tərlan Quliyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov,8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 33. Eltun Turabov, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev.

Turun sevinən komandalarından biri də “Zirə” oldu. Qəsəbə təmsilçisi doğma meydanda “Turan Tovuz” üzərində 2:1 hesablı qələbəyə sevindi. “Neftçi”nin də bu tur “Qarabağ” uduzması da “Zirə”nin işinə yaradı. İndi bu iki komanda arasındakı xal fərqi altıya bərabərdi. “Neftçi”nin uğursuzluqları davam etsə, hazırda 26 xalı olan “Zirə” 3-cü pilləyə yüksələ bilər. 16 xalla 6-cı sırada olan “Turan Tovuz”un isə yuxarılara boylanması çətin görünür.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2025
10:25

Avropa çempionatında finalçılar bilindi - Son çempion Almaniyaya qarşı

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:28

"Kimsə mənim kimi 90 dəqiqə istidə qaça bilirsə..." - Tomas Müller

09:00

"İnter" "River Pleyt"ə qalib gəldi, Serxio Ramosun komandasını da 1/8 finala daşıdı

08:00

Azərbaycan Ordusunun yaranmasından 107 il ötür

01:29

Klublararası dünya çempionatı: "Borussiya" və "Fluminense" 1/8 finalda

00:08

Azərbaycan atletlərindən AÇ-nin son günündə 4 medal

25 İyun 2025
23:55

Şota Arveladze Super Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

23:10

Azərbaycanın 6 güləşçisi AÇ-nin finalında

22:48

"Neftçi" hazırlığa başladı

22:20

Azərbaycanın U-16 millisi "Airom Cup"un qalibi oldu

21:51

Azərbaycanın güləş üzrə U-20 millisinin AÇ üçün heyəti bəlli oldu

21:14

"Çelsi" Arrisabalaqanı digər İngiltərə nəhənginə satır - MƏBLƏĞ

20:50

Morata "Qalatasaray"ı İtaliya klubuna dəyişir - SON DURUM

20:18

Paytaxt klubu Jiqonun transfer hüquqlarına yiyələndi

19:48

"Mikki Mausa baxmağa gələnlər "ölüm qrupu"ndan çıxaraq 1/8 finala yüksəldilər" - Aleks Telles

19:11

"Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?"

18:52

"Barselona"nın "Kamp Nou"ya qayıdacağı tarix bilindi - RƏSMİ

18:20

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

17:56

"Qarabağ" "İmarət"də - FOTO

17:39

İngiltərə təmsilçisi fransalı mütəxəssisə tapşırıldı - RƏSMİ

17:21

"Bayern"ə qarşı oynamaq həmişə xoşdur, çünki..." - "Flamenqo"nun müdafiəçisi

17:03

"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının başlama vaxtı bilindi

16:44

Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi müəyyənləşdi

16:26

"Çox iş görməliyik" - Yevgeni Kukseviç

16:08

"Bayern Münhen" İbrahimoviçi icarəyə verdi - RƏSMİ

15:50

AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək

15:35

AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq

15:27

"Qarabağ" Xankəndidəki Qarabağ Universitetində - FOTO

15:17

"Liverpul"un hücumçusu növbəti mövsümə harada başlayacaq? - Maaşı açıqlandı

14:59

"Ançelotti Skolariyə çox bənzəyir" - Ronaldo

14:41

Kukseviçin Azərbaycan millisinə təyinatı təsdiqləndi, müqavilə müddəti açıqlandı

14:23

"Qarabağ" Şuşada 1 nömrəli məktəbi ziyarət etdi - FOTO

14:05

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

13:44

"İmişli" 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

13:28

Kriştianu Ronaldunun baş məşqçisi qovuldu - RƏSMİ

13:10

Kanzari "Çelsi"dən aldıqları darmadağından sonra belə danışdı

12:52

"Sumqayıt" daha 3 futbolçusu ilə vidalaşdı - RƏSMİ

12:34

Jalə DÇ-də medal qazanmaq istəyir: "Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam"

12:16

"Sumqayıt" yarımmüdafiəçisi ilə vidalaşdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X