
Misli Premyer Liqasının XVI turu çərçivəsində keçirilən matçda - "Neftçi" ilə oyunda (4:0) xəsarət alan "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.
Ağdamlıların mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Fanat.Az-a verdiyi məlumata görə, kolumbiyalı müdafiəçi dörd həftə kollektiv məşqlərdən kənarda qalacaq.
Bu isə o deməkdir ki, əzələsində ikinci dərəcəli yırtıq aşkarlanan 29 yaşlı arxa xətt oyunçusu üçün il başa çatıb. Həmin qarşılaşmada zədələnən Qara Qarayev isə artıq məşqlərdə iştirak edir.
Nihat