
"Fənərbağça" 5 futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
Xəbərə görə, İstanbul təmsilçisi mövsümün sonunda müqaviləsi bitəcək Ezgjan Alioski, Enner Valensiya və Altay Bayındır, həmçinin İsmayıl Yüksek və Miqel Krespo ilə yeni sözləşmə imzalamağı planlaşdırır.
Bu mövsüm "Fənərbağça"da icarə əsasında çıxış edən Ezgjan Alioski baş məşqçi Jorji Jezuşun rəğbətini qazanıb. Mütəxəssis mövsümün sonunda azad agent olacaq oyunçunun alınmasını istəyir.
Enner Valensiyaya isə 2 illik müqavilə təklif olunub. 4 illik müqavilə təklif edilən Altay Bayındırdan isə cavab gözlənilir.
Miqel Kresponun cari müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulsa da, Super Liqa təmsilçisi onunla uzunmüddətli sözləşmə imzalamaq fikrindədir.
Avropa klublarının da diqqətini cəlb edən gənc futbolçu İsmayıl Yüksekin müddəti 2025-ci ilə qədər olan sözləşməsi yenilənəcək və maaşı artırılacaq.
Röya