Futbol üzrə Azərbaycan birinciliyində mövsümün rekordu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, referi Nicat İsmayıllı ölkə çempionatının 18-ci turu çərçivəsində keçirilən "Zirə" - "Kəpəz" qarşılaşmasında (2:2) 5 futbolçuya qırmızı vərəqə göstərib.
Matçın gedişində 4 dəfə ən ağır qərar qəbul edən İsmayıllı final fitindən sonra "Kəpəz"in daha bir oyunçusuna - Mixail Erqemlidzeyə "qırmızı" verib.
Bu, cari "futbol ili" üçün rekord sayda qırmızı vərəqədir.
Qeyd edək ki, oyun zamanı "Zirə"dən Coşqun Diniyev (18-ci dəqiqədə) və Nemanya Andelkoviç (22), "Kəpəz"dən isə Elçin Əlicanovla (57) Georgi Kantariya, (90+1) meydandan qovulub.
Nihat