“Zirə" 6 futbolçu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Hamidu Keyta, Coşqun Diniyev, Loris Bronyo, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu ilə müqavilələrin müddəti başa çatıb. Onlarla yeni anlaşmaya ehtiyac duyulmayıb.
“Zirə" bu futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.