"Səbail" yay fasiləsində ilk transferini rəsmiləşdirib.
Fana.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Kəpəz"dən ayrılan Yusif Nəbiyevlə 1 illik müqavilə imzalnıb.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi "Qəbələ", "Zirə" və "Sumqaylt"da çıxış edib.
"Səbail" Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa, Qoba Zakpa, Petro Stasyuk və Emil Martinovla yolları ayırıb.