"Sumqayıt"dan ayrılan Rüfət Abdullazadənin yeni klubu müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, cinah yarımmüdafiəçisi "Səbail"ə keçib.
"Kimyaçılar"la vidalaşan oyunçunun "dənizçilər"lə 1 illik anlaşma imzalayacağı gözlənilir.
Qeyd edək ki, son mövsümdə "Sumqayıt" forması ilə 19 çempionat matçına çıxan Rüfət 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan Kubokunda 1 qarşılaşmada forma şansı qazanıb.
Nihat