Uğursuz mövsüm keçirən "Sumqayıt" heyətdə əsaslı dəyişikliklər etməkdə qərarlıdır.
Yarımmüdafiəçilər - Rüfət Abdullazadə və Süleyman Əhmədovla, eləcə də qapıçı Aydın Bayramovla rəsmən vidalaşan "kimyaçılar" komandanın təcrübəli müdafiəçisi Vurğun Hüseynovla da müqavilə yeniləməyib. Vurğunun məşqçi kurslarına qatılandan sonra "gənclik şəhəri" təmsilçisində işləyəcəyi gözlənilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Aydının əvəzinə "Zirə"dən ayrılan Mehdi Cənnətovu sıralarına cəlb edən Sumqayıt təmsilçisi heyətin 60-70 faizini yeniləməyi planlaşdırır. Klub prezidenti Riad Rəfiyev baş məşqçi Samir Abasovla müzakirələr zamanı rəqabətədavamlı kollektiv formalaşdırmaq üçün azı 3 səviyyəli əcnəbinin gətiriləcəyinə söz verib. Bu futbolçuların kimliyi indilik dəqiq bilinməsə də, Macarıstan və Balkan ölkələrinin elita klublarında çıxış etdiklərini öyrənə bildik.
Nihat