2023/24 mövsümünə daha rəqabətədavamlı heyətlə başlamağı hədəfləyən və bu yöndə çalışmalarını davam etdirən "Sumqayıt"ın komandanın cinah hücumçusu Vüsal İsgəndərli ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Vüsalın son mövsümdə sərgilədiyi oyun komandanın baş məşqçisi Samir Abasovun ürəyincə deyil.
Klub onun yerinə səviyyəli legioner gətirməyi planlaşdırır. Düzdür, İsgəndərlinin "kimyaçılar"la olan müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Ancaq Vüsal özünə yeni klub tapsa, onun anlaşmasına qarşılıqlı razılıq əsasında xitam veriləcək.
Qeyd edək ki, Türkiyənin "Keçiörəngücü" komandasında karyerası uğurlu alınmayan Vüsal ötən ilin yayında "Sumqayıt"la anlaşıb. O, 2022/23 mövsümündə "gənclik şəhəri" təmsilçisinin forması ilə 34 çempionat matçına çıxaraq 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat