10:29 07.08.2023 900

“Sabah”dan “əzələ nümayişi” – Tura baxış

Azarkeşlərin səbrsizliklə gözlədiyi gün yetişdi. Misli Premyer Liqasında yeni mövsüm start götürdü. Özü də necə...

"Araz-Naxçıvan" - "Turan Tovuz" 0:3
Qollar: Martin Petkov, 53; 87. Otto Con, 67.

Araz-Naxçıvan: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 44. Həzrət İsayev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 30. Otto Con, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruz Marakvelidze, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Əslində, mövsümün açılış oyunu Tovuzda baş tutmalı idi. Lakin “Turan Tovuz”un doğma meydanında təmir işləri yekunlaşmadığına görə PFL dəyişikliyə əl atmışdı. İşin qəribə tərəfi budur ki, Naxçıvandakı stadion da Premyer Liqa oyunlarını keçirməyə hazır deyil. Ona görə də “Araz Naxçıvan” Mərdəkandakı “Dalğa Arena”da ev sahibi qismində çıxış edirdi. “İki qonağın” Mərdəkandakı qarşılaşmasında sevinən tərək “boz qurdlar” oldu. Ayxan Abbasovun çalışdırdığı komanda Bakıda qələbəyə sevindi. Özü də böyük hesabla. 

Naxçıvan təmsilçisi fasiləyə qədər qapısını toxunulmaz saxlmağı bacardı. Bəli, məhz fasiləyə qədər. Darmadağının əsası 53-cü dəqiqədə qoyuldu. “Turan Tovuz”un yeni transferi Petkov mövsumün ilk qolunu vurdu. Bolqarıstanlı hücumçu 87-ci dəqiqədə dublunu rəsmiləşdirdi. Buna qədər Otto Con da “Araz Naxçıvan”ın qapısına yol tapmışdı. Beləlilə “Araz Naxçıvan” ev sahibi qismində çıxış etdiyi ilk oyundaca acı məğlubiyyətlə barışmalı oldu.

“Səbail” – “Sumqayıt” 1:4
Qollar: David Qomis, 62 - Rövlan Muradov, 27. Erik Sorqa, 67-pen. Kamran Qulliyev, 70. Səbuhi Abdullazadə, 76.

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç.
Baş məşqçi: Şahin Diniyev.


Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

“Araz Naxçıvan”a bu yenilgini hardasa bağışlamaq olar. Azər Cabbarovun çalışdırdığı komanda elitanın debütantıdır, heyət yenidən yığılır, normal hazırlıq keçməyə imkan olmayıb. Amma “Səbail” haqqında eyni sözləri demək mümkün deyil. Deməli, Şahin Diniyevin və onun çalışdırdığı komandanın məğlubiyyətə don geyindirmək üçün bəhanə axtarması yersiz məşğuliyyətdir. Bayıl təmsilçisi doğma meydanda keçirilən görüşdə “Sumqayıt”a 1:4 hesabıyla uduzmaqla həm öz nüfuzunu zədələdi, həm də yeni mövsümdəki iddialarını kölgə altına saldı.

“Qəbələ”dən ayrılan Rövlan Muradovu bu oyunun qəhrəmanı saymaq olar. Muradov 27-ci dəqiqədə hesabı açdı və onun yeni komandası “Sumqayıt” fasiləyə üstün yollandı. “Səbail” 62-ci dəqiqədə David Qomisin qoluyla bərabərliyi yaxalasa da, buna peşman oldu. Çünki 67-ci dəqiqədə yenidən önə keçən qonaqlar Bayıldan 3 xalla dönməkdə israrlı olduqlarını göstərdilər. Çox keçmədi ki, “kimyaçılar” Kamran Quliyevin və Səbuhi Abdullazadənin qollarıyla üstünlüyü xeyli artırdılar. “Şamaxı”dan ayrılandan sonra “Sumqayıt”a keçən Kamran vurduğu qolla ona inanların etimadını doğrultmuş oldu. Görünən budur ki, Samir Abbasovun çalışdırdığı “Sumqayıt” yeni mövsümdə iddialılar üçün də başağrısına çevriləcək.

“Qarabağ” – “Zirə” 0:1
Qol: Dmitrios Çantakias, 49.

Qarabağ: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.


Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə” yeni mövsümə tarixi uğura imza atmaqla başladı. Qəsəbə təmsilçisi indiyə qədər “Qarabağ”a qalib gələ bilməmişdi. Bu dəfə qələbə qazanıldı, özü də səfərdə. Çantakias 49-cu dəqiqədə künc zərbəsindən havalandırılan topu qapıdan keçirməklə tarixi qələbənin memarı oldu. Düzdür, “Qarabağ”ın oyunu xilas etmək, ən azından 1 xal qazanmaq üçün yetərincə vaxtı var idi. Amma Rəşad Sadıqovun yetirmələri səliqəli oynayıb müdafiədə səhvə yol vermədilər. Belədə, Dmitriosun qolu oyunda yeganə oldu.

Bu nəticəyə əsasən demək olar ki, “Qarabağ” “Rakuv”la oyundakı məğlubiyyətin təsirindən hələ çıxa bilməyib. Futbolçuların fikri hələ də orda qalıb və onlar Misli Premyer Liqasına köklənməkdə çətinlik çəkirlər. “Zirə” də bu məqamdan yaxşı yararlandı və aktivinə qızıldan qiymətli üç xal yazmağı bacardı.

"Kəpəz" - "Neftçi" 1:0
Qol
: Mate Kvirkviya, 44-pen.

Kəpəz: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.


Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 23. Ataa Caber, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 4. Mark Tamaş, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 14. Eddi İsrafilov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 82. Rüfət Abbasov, 5. Kenni Sayef, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

“Qarabağ” Çempionlaq Liqasından erkən uzaqlaşmağın üzüntüsünü yaşayıb bunun əziyyətini çəkirsə, “Neftçi”də bu prosesin bir qədər fərqli formasına şahid olduq. Bakılılar “Jelezniçar” üzərində qazanılan qələbənin, eyforiyadan ayıla bilməməyin qurbanına çevrildi. Konfrans Liqasında ağır oyun keçirən və vacib qələbə qazanan “ağ-qaralar” yeni mövsümə məğlubiyyətlə başladılar. Şəxsi qənaətimdir ki, bunda oyunun yetərincə erkən saatda, isti havada keçirilməsinin də böyük rolu oldu. Sözsüz, belə hava şəraitində oynamaq meydandakı futbolçuların hamısı üçün çətin idi. Amma fasilə ərəfəsində referi Tural Qurbanovun “Kəpəz”in lehinə verdiyi penalti qərarı gəncəlilər üçün göydəndüşmə oldu. Meydan sahibləri “Neftçi”ni məyus etmək imkanını əldən vermədilər. Qonaq komanda həm yorğunluq, həm də isti hava səbəbindən bu qolun əvəzini çıxmağı bacarmadılar.

Əlbəttə, bütün bunlar xırda nüanslardır. Yeni baş məşqçisi Adrian Mutuya gec qovuşan “Neftçi”nin çempionata tam hazır olmadığı, xüsusən də hücum xəttinin “vuraq ayaq” problemi yaşaması mübahisə doğurmayan məqamdır.


"Sabah" - "Qəbələ" 5:0
Qollar: Emmanuel Apeh, 21. Anatoli Nuriyev, 36. Aleksey İsayev, 45. Coy Lens Mikels, 56. Tellur Mütəllimov, 79.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
"Bank Respublika Arena".

Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 20. Coy Lens Mikels, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.

Masazırda bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Sabah”la “Qəbələ” qarşılaşırdı. Hər iki komanda çətin sınağın yorğunluğunu üzərində hiss etsə də, heyəti daha geniş və səviyyəli olan, üstəlik cavab görüşünü evdə keçirən “Sabah” favorit adını doğrultmağı bacardı. Murad Musayevin çalışdırdığı komanda “Qəbələ”nin qapısına beş cavabsız top vurmaqla həm də rəqiblərinə əzələ nümayiş etdirmiş oldu. “Bayquşlar” hazırda yaxşı heyətə və bacarıqlı baş məşqçiyə sahibdilər. Belədə, onların çempionluğa əsas namizədlərdən biri olduğu heç kimdə şübhə doğurmur. Qalın mövsümün qalan hissəsini sabit keçirib, bu ümidləri doğrultmaq.

Bir sözlə, qarşıda bizi yetərincə gərgin və maraqlı mövsüm gözləyirik. Turlar irəlilədikcə kimin nəyə qadir olduğunu daha aydın görəcəyik.

Amal Abuşov


 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X