ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin yay düşərgəsinin növbəti məkanı Tovuz olub.
Fanat.Az xəbər verir ki, əmanətlər Tovuz rayon Şəhidlər Xiyabanını ziyarət edib və “Turan Tovuz" PFK-nın qonağı olub.
Şəhid və qazi övladlarına komanda, akademiya, stadion ərazisində yerləşən, şəhid futbolçu İlqar Zeynallının adını daşıyan meydança və abidə, həmçinin şəhidlərimizin xatirəsinə inşa olunmuş bulaq kompleksi haqda geniş məlumat verilib, asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunub.