15:32 15.08.2023 959

“Neftçi” ilə “Qəbələ” özünə gələ bilmir – Tura baxış

Misli Premyer Liqasından II tura yekun vuruldu. Ölkəmizi bu yay avrokuboklarda təmsil edən komandalardan “Sabah”ın “Sumqayıt”la görüşü tərəflərin razılığı ilə təxirə salındı. “Yorğun komandalardan” biri “Qarabağ” “Turan Tovuz” üzərində böyük hesablı qələbəyə sevindisə, “Neftçi” “Səbail”lə oyunda xal itirdi. Konfrans Liqasında keçirdiyi hər iki oyunda uduzan “Qəbələ” üçün də bu tur uğursuz oldu. “Qırmızı-qaralar” elitanın debütantı “Araz Naxçıvan” qarşısında “ağ bayraq qaldırdılar".

"Araz-Naxçıvan" - "Qəbələ" 2:0 
Qol:
İsmail Azzaui, 17. Elvis Maşike, 83.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Naxçıvan təmsilçisi ardıcıl ikinci turda evində oynadı. Amma əyalətdəki stadion tam hazır olmadığına görə Azər Bağırovun çalışdırdığı komanda rəqiblərini “Dalğa Arena”da qəbul edir. Ötən tur bu stadionda “Turan Tovuz”a uduzan nominal sahibləri bu dəfə “Qəbələ”ni məyus yola salmağı bacardı. Oyundan öncə hər kəs “Qəbələ”ni favorit hesab etsə də, “qırmızı qaralar” bu adı doğrulda bilmədi. Görünən odur ki, hazırda Premyer Liqada “qırmızı-qara” formada mübarizə aparan komanda ötən mövsümkü deyil. Yayda aparıcı üzvlərini itirən “Qəbələ”nin toparlanması üçün xeyli zaman lazımdır.

“Araz Naxçıvan”la oyunda “Qəbələ” ilk dəqiqələrdən nisbi ərazi üstünlüyünə yiyələnsə də, İsmail Azzaui əks hücum zamanı onları şoka salmağı bacardı. Qoldan sonra debütantın özünə inamı xeyli artdı, onlar daha da inamlı oynamağa başladılar. Təsadüfi deyil ki, “Qəbələ”nin oyun ərzində 100 faizlik qol imkanı olmadı. Əvəzində Maşike sona 7 dəqiqə qalmış gözəl zərbə ilə qonaqları ikinci dəfə məyus etməyi bacardı. Bundan az sonra “Qəbələ” azlıqda qaldı. Ülvi İsgəndərov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu.

İlk qələbəsini qazanan “Araz Naxçıvan” qələbə sayəsində 7-ci pilləyə yüksəldi. Xala həsrət “Qəbələ” turnir cədvəlinin sonucusudur.

“Zirə” – “Kəpəz” 1:0
Qol:
Qismət Alıyev, 64.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 44. Nihat Fərəci, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.

“Zirə” itkisiz irəliləyir. Qəsəbə təmsilçisi keçirdiyi hər iki oyunda qələbə qazanmaqla mövsümə əla başlayıb. İlk turda “Qarabağ”ı minimal hesabla məğlub edən Rəşad Sadıqovun komandası bu dəfə eyni hesabla “Kəpəz”i üstələdi. “Zirə”nin iki oyunda qapısını toxunulmaz saxlamağı bacarması da diqqətə layiqdir. “Kəpəz”in ilk turda “Neftçi”ni məğlub etməsi “Zirə”nin rəqibə daha ciddi yanaşmasına səbəb olmuşdu. Görünür elə buna görə də meydan sahibləri sıx qapanan “Kəpəz”ə qarşı diqqətli oynayır, böyük qüvvəylə irəli atılmağa tələsməyib vaxtını gözləyirdi. Həmin vaxt da 64-cü dəqiqədə yetişdi. Qismət Alıyev qapı qarşısına göndərilən asmanı gözəl baş zərbəsiylə tora qovuşdurdu. Bu vacib qol da qələbə üçün yetərli oldu.
6 xallı “Zirə” turnir cədvəlinin lideridir. “Kəpəz” isə “Neftçi”dən qopardığı 3 xal sayəsində 6-cı pillədə qərarlaşıb.

“Qarabağ” – “Turan Tovuz” 3:0
Qol:
Olavio Juninyo, 30. Abdullah Zubir, 66. Adama Diakabi, 69.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruzi Marakvelidze, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Son vaxtlar işləri qaydasında getməyən “Qarabağ” “Turan Tovuz”la oyunda çox vacib 3 xal qazandı. Avropa Liqasında qazandığı qələbə ilə bir qədər özünə gələn “köhlən atlar” “Turan Tovuz”un qapısına üç cavabsız top vurmaqla özünə gəldiyini göstərdi. Bu tur rəqib olan “Turan Tovuz”un sıradan komanda olmadığı da məlum məsələdir. Tovuzlular açılış turunda “Araz Naxçıvan”ı 3:0 hesabıyla üstələməklə iddialarını ortaya qoymuşdular. Bu dəfə oxşar taleyi özləri “Azərsun Arena”da yaşadılar.

İsti hava şəraiti futbolçuları əldən salsa da, qarşılaşmanı izləyənlər cansıxısı yox, baxımlı və bolqollu oyuna şahid oldular. 30-cu dəqiqədə hesabı açan “Qarabağ” fasilədən sonra qonaqları daha iki dəfə meydanın mərkəzinə dəvət etdi. Zubir 66-cı dəqiqədə yeni mövsümdə ilk qolunu vurdu. Son vaxtlar milliyə cəlb olunacağı deyilən “Qarabağ”lı 3 dəqiqə sonra Adama Diakabinin fərqlənməsinə şərait yaratdı. Yavaş-yavaş legionerlərinin ayağı açılan və uyğunlaşma dövrünü arxada qoyan Ağdam təmsilçisi yeni mövsümdə də iddialı olacağının ismarıcını bu qələbə ilə vermiş oldu.

İki turdan sonra hər iki komandanın aktivində 3 xal var ki, onlar 4-cü və 5-ci yerləri öz aralarında bölüşdürürlər.


“Neftçi” – “Səbail” 1:1
Qol:
Kenni Sayef, 82-pen - Pedro Nuno, 34.

Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 82. Rüfət Abbasov, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 21. Anas Najah.
Baş məşqçi: Şahin Diniyev.

Turun bağlanış oyunu “Azərsun Arena”da keçirildi. Maraqlıdır ki, məhz bu qarşılaşmada mövsümün ilk “sülhü” qeydə alındı. Baxmayaraq ki, “Neftçi” görüşün şəksiz favoriti idi. Mutunun komandası favorit adını doğrulda bilmədi. Özü də meydan sahibləri bir xalı da çətinliklə, oyunun sonlarında təyin edilən penalti zərbəsi sayəsində qazandılar.

Oyun “Neftçi”nin üstünlüyü ilə başlasa da, meydan sahiblərinin hücumlarının kəsərsiz olduğu dərhal hiss edilirdi. Görünür, elə bu məqam da “Səbail”i ürəkləndirdi və qonaqlar “Neftçi”ni əks hücumda yaxalamağı bacardılar. Pedro Nuno 34-cü dəqiqədə təkbətək çıxdığı Brkiçə heç bir şans vermədi. Belədə komandalar fasiləyə “Səbail”in minimal üstünlüyü ilə yollandılar. “Neftçi”nin hesabı bərabərləşdirmək üçün irəli atılması öz bəhrəsini 82-ci dəqiqədə verdi. Sayef özü qazandığı penaltini dəqiq yerinə yetirdi. Oyunda başqa qol olmayınca hərəyə bir qol vuran tərəflər elə 1 xalla da kifayətləndilər.

Mövsümdəki ilk xalını qazanan “Neftçi” ilə “Səbail” müvafiq olaraq 8-ci və 9-cu sırada qərarlaşıblar.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
15:15

Meksikalı əfsanə karyerasını başa vurdu

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X