17:30 21.08.2023 961

"Qarabağ"la matçda bərabərlik haqqımız idi" - Manafov "Sumqayıt"ı yenəcəklərinə inanır

Bu yay "Səbaili"dən ayrılaraq azad agent qismində elitanın debutant "Araz-Naxçıvan"a qoşulan Turan Manafov Misli Premyer Liqasının geridə qalan hər 3 turunda 90 dəqiqə meydanda olub. "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları son qarşılaşmada da komandasının ən yaxşılarından olan cinah müdafiəçisi ilə əlaqə saxlayıb bir neçə suala cavab verməsini istədik.

"3 nömrə"nin Fanat.Az-a müsahibəsini təqdim edirik:

-  "Səbail"i "Araz-Naxçıvan"a dəyişməyinizin səbəbi nə oldu ? 
- Səbəb olaraq onu göstərmək olar ki, "Səbail"ə müəyyən məsələlərlə bağlı razılıq əldə olunmadı. Rəhbərlik qalmağımı istəyirdi, lakin mənim irəli sürdüyüm şərtləri qəbul etmədilər. 
Bu üzdən "Səbail"lə yollarımızı ayırmalı olduq.

- Debütant olmağına baxmayaraq, "Araz-Naxçıvan" inamlı çıxış edir. Sizcə, komanda elitada qala biləcək ? 
- Əlbəttə, qalacaq. Hələ ümid edirik ki, yüksək yerlərdə yer alacaq. Komandaya yeni qoşulanlar hələ tam formada deyillər. Hər şeyin öz yerini tapacağına inanıram.

- Dünən səfərdə "Qarabağ"a qarşı çətin oyun keçirdiniz. Bu oyunla bağlı təsuratlarınız necədir? 
- Mənim fikrimcə, oyun 1:1 hesabı ilə bitməli idi. Dünənki matçda bərabərlik haqqımız idi. Son dəqiqələrdə buraxılan qolu nəzərə almasaq, demək olar ki, ciddi səhvimiz olmadı. Bəlkə də sona yaxın ani diqqətsizlik etdik. 

- Növbəti tur cari mövsümün ən təhlükəli komandalarından olan "Sumqayıt"la qarşılaşacaqsınız.Bu oyundan gözləntiniz nədir?
- "Sumqayıt" mövsümə yaxşı başlayıb. Elə biz də onlardan geri qalmırıq. Məncə, biz 3 oyuna 5 xal qazana bilərdik. Heç bir komandadan çəkinmirik. Öz oyunumuz ilə haqqımız olan xalları qazanacağıq. "Sumqayıt"la oyundan qələbə gözləyirəm.

- Bəs bu mövsüm şəxsi hədəfləriniz nədir ?
- Hər bir futbolçunun olduğu kimi, mənim də hədəfim daha yaxşı mövsüm keçirməkdir. Komandamla uğurlu mövsüm keçirdikdən sonra karyeramda müəyyən irəliləyişə nail olmaq istəyirəm. Növbəti illərdə ölkə xaricində çıxış etməyi hədəfləmişəm.

Nahid Məmmədov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
18:37

MPL: "Sabah" hesabı açdı - YENİLƏNİR

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

18:24

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

17:46

Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

Facebookdan bizi izləməyi unutmayın.
X