Milli komandaların oyunları ilə əlaqədar verilən fasilə başa çatdı. Misli Premyer Liqası da qaldığı yerdən davam edir. Çempionatın VI turu bir-birindən maraqlı və gərgin qarşılaşmalara şahidlik etdi. “Sabah”ın “Qarabağ”a uduzacağı hardasa gözlənilən idisə, “Neftçi”nin “Araz Naxçıvan”la oyunda xalsız qalacağını proqnozlaşdırmaq çətin idi. Favorit komandaların qeyri-sabit oyunundan yararlanan “Zirə” isə liderlik kürsüsündəki yerini qorumaqdadır.
“Zirə” – “Sumqayıt” 1:0
Qol: Məqsəd İsayev, 45+1
Qırmızı vərəqə: Pyer Zebli, 10 (“Zirə”)
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 12. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 10. Kamran Aliev, 18. Kristian Velinovski, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
Qəsəbə təmsilçisi növbəti qələbəsini “Sumqayıt” üzərində qazandı. Rəşad Sadıqovun komandası bunu azlıqda bacarmaqla əzmkarlığını bir daha ortaya qoymuş oldu. Sakit məcrada başlayan oyuna referi Kamranbəy Rəhimovun 10-cu dəqiqədə verdiyi qərar damğa vurdu. Hakim adi vəziyyətdə Zeblini meydandan qovmaqla meydan sahiblərini azlıqda qoydu. Təəccüblüsü odur ki, Rəhimov belə sərt qərar verərkən heç VAR-a baxmağa da ehtiyac duymadı.
Azlıqda qalan “Zirə”nin işi çətinləşsə də, oyun intizamını pozmayan meydan sahibləri 3 xal qazanmağı bacardılar. Məqsəd İsayevin birinci hissənin son dəqiqələrində vurduğu qol oyunda yeganə oldu. Qalan vaxt ərzində “Sumqayıt”ın çoxsaylı cəhdləri heç bir fayda vermədi. Hətta “Zirə” daha bir dəfə fərqlənsə də, hakimlər qolu qeydə almadı. Bununla da qəsəbə təmsilçisi növbəti minimal hesablı və vacib qələbəsini qazandı. 15 xallı “Zirə” özünü zirvədə xeyli rahat hiss edir. Çünki Rəşad Sadıqovun komandası ən yaxın rəqibini 5 xal qabaqlayır. 7 xalı olan “Sumqayıt” isə elə 7-ci yerdədir.
“Kəpəz” – “Səbail” 0:3
Qollar: Yusif Nəbiyev, 1. Valdemar Almeyda, 16. Aleksandr Ramalinqom, 54.
"Kəpəz": 1. Vladislav Vasilyuçek, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 21. Martins Junior
Baş məşqçi: Azər Məmmədov
"Səbail": 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Neftçi”ni məğlub edən, “Qarabağ”dan xal alan “Kəpəz”in işləri heç də yaxşı getmir. Gəncəlilər doğma meydanda daha bir ağır məğlubiyyət aldılar. Qüvvələr nisbətinə baxanda “Səbail”in “Kəpəz”i məğlub etməsi qanunauyğunluq sayıla bilər. Amma doğma meydanda, öz azarkeşlərinin gözü qarşısında 0:3 hesabıyla məğlub olmaq heç bir komanda üçün yaxşı hal sayıla bilməz. Məsələ təkcə hesabın böyük olmasında deyil. “Sarı-göylər” rəqib qarşısında heç bir varlıq göstərə bilmədilər.
Heç ikinci dəqiqə tamam olmamışdı ki, “Kəpəz”in qapısına qol vuruldu. Komanda üçün heç də yad isim olmayan Yusif Nəbiyev hesabı açdı. Erkən qolun şokundan çıxmaq demək olar ki, mümkün olmadı. Almeyda 15 dəqiqə sonra gəncəli azarkeşləri daha bir dəfə məyus etdi. Qarşılaşmada son nöqtəni Ramalinqom 54-cü dəqiqədə qoydu. Təzyiqi azaldan “dənizçilər” meydan sahiblərini daha çox üzmək istəmədilər. Kim bilir, bəlkə də Şahin Diniyev bir vaxtlar çalışdırdığı “Kəpəz”in daha böyük hesabla məğlub olmasını istəmədi. Artıq Gəncə şəhər stadionunun qəzalı tribunalarından “istefa” şüarları da eşidilməyə başlayıb.
4 xallı “Kəpəz” yalnız topların daha yaxşı fərqinə görə “Qəbələ”ni qabaqlayır Xalını 10-a çatdıran “dənizçilər” liderlər qrupundadı. “Qarabağ”la eyni sayda xal toplayan “Səbail” 4-cü sıradadır.
“Araz-Naxçıvan” – “Neftçi” 1:0
Qol: Orxan Əliyev, 81-pen.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
“Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 19. Azər Salahlı, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Mövsümün debütantı “Araz Naxçıvan” bu dəfə “Neftçi”ni büdrətdi. Çoxları Adrian Mutunun komandasının “Dalğa Arena”da rahat qələbə qazanacağını düşünsə də, “ağ-qaralar” evə xalsız döndü. 90 dəqiqəni izləyən hər kəs razılaşar ki, “Neftçi” sərgilədiyi oyunla qələbəyə layiq də deyildi. Bu mənada nominal meydan sahiblərinin qələbə qazanmasını qanunauyğunluq sayılmalıdır.
“Araz Naxçıvan” nizam-intizamı sona qədər qorudu. Azər Bağırov yetirmələrinə var qüvvəylə müdafiə olunmağı tapşırmamışdı. Zamanını gözləyən “Araz Naxçıvan” “Neftçi”nin kəsərsiz hücumçarını inamla dəf edir, rəqibin boşluq verəcəyi məqamı axtarırdı. Həmin məqam da 81-ci dəqiqədə yetişdi. Brkiçin əl atdığı kobudluq “Neftçi”nin qapısına penalti təyin olunmasıyla nəticələndi ki, Orxan Əliyev hədəfdən yayınmadı. 1:0 hesablı qələbəyə sevinən Naxçıvan təmsilçisi 10-cu xalı aktivinə yazdı. Bu isə o deməkdir ki, “Araz Naxçıvan” beşinci sırada qərarlaşıb.
“Turan Tovuz” – “Qəbələ” 2:2
Qollar: Fərid Nəbiyev, 56, Belajdi Pusi, 59 - Osama Xalayla,72; 78-pen.
"Turan Tovuz": 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov
"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 6. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Məşqçi: Xaqani Məmmədov
“Turan Tovuz” üç dəqiqəyə qazandığı qələbəni altı dəqiqəyə əldən verdi. İlk yarısı qolsuz bitən qarşılaşmanın ikinci hissəsi xeyli məhsuldar alındı. 56-cı dəqiqədə Fərid Nəbiyev yerli azarkeşləri ayağa qaldırdı. Onun vurduğu zərbəni dəf etməkdə “Qəbələ”nin qapıçısı Rəşad Əzizli aciz idi. Cəmi üç dəqiqə sonra Pusi qonaqların ikinci dəfə məyus etdi. 2:0-dan sonra düşünmək olardı ki, 3 xalı meydan sahibləri aktivinə yazacaq. Amma hər şey cəmi 6 dəqiqə ərzində alt-üst oldu. Osama Xalayla 72-ci dəqiqədə hesab arasındakı fərqi azaltdı. Az sonra isə Əliyar Ağayev VAR-ın da köməyi ilə meydan sahiblərinin qapısına penalti təyin etdi. Əzmkar “Qəbələ” bu fürsəti də qaçırmadı. Xalayla “ağ nöqtə”dən “çərçivə”ni dəqiq nişan aldı və hesabı bərabərləşdirdi.
Aktivində 10 xal olan “Turan Tovuz” 3-cü pilləni tutur. Tovuzlular bu oyunda qələbə qazansaydılar, liderin ən yaxın izləyicisi olacaqdılar. “Qəbələ”nin xalı “Sabah” və “Kəpəz”lə eyni olsa da, top fərqinin pis olması “qırmızı-qaralar”ı sonuncu pilləyə “pərçimləyib”.
“Qarabağ” – “Sabah” 2:0
Qollar: Olavio Juninyo, 56. Hamidu Keyta, 88.
Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 12. Vensan Till, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
“Sabah”ın çöküşü davam edir. Ötən tur doğma meydanda “Turan Tovuz”a boyun əyən masazırlılar bu dəfə də qola və xala həsrət qaldılar. “Qarabağ” çempionluq mübarizəsindəki əsas rəqiblərindən bini çətinlik çəkmədən məğlub etdi. Respublika stadionunda keçirilən qarşılaşma daha çox taktiki mübarizə və səviyyə fərqinin önə çıxmasıyla diqqətləri çəkdi. Oyunun startında “Sabah” meydandan varlıq göstərməyə çalışsa da, zamanla “köhlən atlar” ağırlığını oyuna qoydu. Demək olar ki, “Qarabağ” rəqibini çətinlik çəkmədən məğlub etdi. “Qarabağ”a qələbə gətirən qolları Juninyo və Keyta vurdu. Xüsusiylə də sonuncunun qolu baxımlı alındı. “Zirə”dən transfer olunan legioner rəqibin müdafiə xəttini təkbaşına yararaq gözəl zərbə ilə epizodu tamamladı.
“Qarabağ” qeyri-sabit çıxış etsə də, 10 xal toplamağı bacarıb və artıq lider “Zirə”nin ən yaxın izləyicisidir. “Sabah”ın aktivində isə cəmi 4 xal var və Murad Musayevin komandası 8-ci pillədə qərarlaşıb.
Amal Abuşov