Futbol üzrə Türkiyə Kubokunda 4-cü turun püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvlərinin çıxış etdiyi komandaların da rəqibləri bəlli olub.
Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" "Düzcəspor"la üz-üzə gələcək. Coşqun Diniyevin şərəfini qoruduğu "Ümraniyəspor" "Çankaya"ya ilə qarşılaşacaq.
Millimizin digər üzvü Şahruddin Məhəmmədəliyevin komandası - "Adana Dəmirspor" mübarizəyə növbəti mərhələlərdən qoşulacaq. Bəxtiyar Həsənalızadənin heyətində yer aldığı "Tuzlaspor" isə əvvəlki mərhələdə "Çankaya"ya yenilib.