Türkiyənin Birinci Liqa təmsilçisi “Kocaelispor”un prezidenti Engin Koyun Ramil Şeydayevlə bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, “Radyospor” Koyunun sözlərini belə çatdırıb:
“Ramil Şeydayevlə razılaşmışıq. Onun “Buriram Yunayted”lə müqaviləsinə xitam veriləcək. Şeydayevlə müqavilənin müddəti 1,5 il müddətinə nəzərdə tutulub. O, sabah sıralarımızda olacaq”.
Qeyd edək ki, “Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.