09:45 04.03.2024 539

“Qarabağ”ı “Neftçi” də dayandıra bilmədi – Tura baxış

Misli Premyer Liqasının 25-ci turu bir-birindən maraqlı qarşılaşmalarla, güzəştsiz mübarizələrlə yadda qaldı. Sözsüz ki, turun mərkəzi qarşılaşması “Neftçi” – “Qarabağ” görüşü idi. Bu oyunla yanaşı “Qəbələ” – “Səbail”, “Sumqayıt” – “Kəpəz” görüşləri də böyük gərginlik vəd edirdi. Əminliklə demək olar ki, bu gözləntilər özünü doğrultdu.

“Sumqayıt” – “Kəpəz” 1:3
Qollar:
İsa Suliman, 80 - Vüsal Məsimov, 20. Mate Kvirkviya, 62. Rüdət Əhmədov, 90+5.

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 4. İsa Suliman, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.

“Bir yaxşı məşqçi komandanın oyununu və nəticələrini necə dəyişdirər” sualına ən yaxşı cavabı Adil Şükürov verməkdədir. Məhz onun gəlişindən sonra “Kəpəz”in həm oyununda, həm də nəticələrində müsbətə doğru böyük dəyişikliklərin olduğu göz qabağındadır. Gəncə təmsilçisi bu tur səfərdə “Sumqayıt”ı məğlub etməklə elitadakı yerini qorumaq yolunda böyük addım atmış oldu. Halbuki, son turlar işləri qaydasında getməyən “Sumqayıt” bu görüşün favoriti hesab olunurdu. Ekspertlər belə düşünürdülər ki, Samir Abasovun komandası 3 xalı aktivinə yazmaqla ikinci pilləni özünə qaytarmaq üçün çalışacaq. Amma “Kəpəz”lə oyunda sumqayıtlılar nəinki 3 xal, heç bir xal da qazana bilmədilər.
Artıq 20-ci dəqiqədə Vüsal Məsimov “Kəpəz”i hesabda önə çıxardı. Kvirkviya 62-ci dəqiqədə “Kəpəz”in üstünlüyünü bir qədər də artırdı. İsa Suliman sona 10 dəqiqə qalmış meydan sahiblərinin azsaylı azarkeşlərini ümidləndirsə də, Rüfət Əhmədov cücərən ümidləri dəfn etdi. 3:1 hesablı qələbə sayəsində “Kəpəz” 9-cu pillədə bir qədər də möhkəmləndi. Gəncə təmsilçisinin aktivində 26 xal var. 36 xallı “Sumqayıt” isə 4-cü pilləylə kifayətlənməlidir.

“Zirə” – “Turan Tovuz” 1:1
Qollar:
Ceyhun Nuriyev, 62-pen - Belaydi Pusi, 11.
Qırmızı vərəqə: İssa Cibrilla, 43.
“Zirə”:
97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 23. Rafael Utziq, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 55. Ramin Abdullayev, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov

“Turan Tovuz”la oyun “Zirə” üçün çox çətin keçdi. Ötən tura “Araz Naxçıvan”ı böyük hesabla məğlub edən Rəşad Sadıqovun komandası doğma meydanda qələbə qazanmaqla turnir cədvəlində əhəmiyyətli irəliləyiş əldə edə bilərdi. Amma Rəşad Sadıqovun planları bu dəfə həyata keçmədi. Təxmin etmək çətin deyil ki,  buna komandanın azlıqda qalması da təsir göstərdi. Cibrilla 43-cü dəqiqədə komandasını azlıqda qoydu. Buna qədərsə qonaqlar hesabı açmışdı. Pusi artıq 11-ci dəqiqədə hesabı açmışdı. Bundan sonra “Zirə” üçün məğlubiyyətdən qaçmaq çox çətin olacaqdı. Hər halda qəsəbə təmsilçisi bu çətin tapşırığın öhdəsindən gələ bildi. Hakimin təyin etdiyi penaltini Ceyhun Nuriyev qapıdan keçirməklə “Zirə”yə 1 xal qazandırdı.
36 xallı “Zirə” mükafatçılar sırasında uzaq qalıb. Qəsəbə təmsilçisi 5-ci sırada qərarlaşıb. 7-ci pillədəki “Turan Tovuz”un isə 32 xalı var.

“Sabah” – “Araz-Naxçıvan” 2:0
Qollar:
Emmanuel Apeh, 54. Kahim Parris, 90+7-pen.
“Sabah”:
1. Yusif İmanov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 3. Con İrasabal, 28. Kahim Parris.
Məşqçi: Ruslan Qafitullin.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Masazırdakı maraqlı qarşılaşmada hər iki qol fasilədən sonra “Araz Naxçıvan”ın qapısına vuruldu. İlk 45 dəqiqədə də azarkeşlər maraqlı qarşılaşmaya şahid oldular. Amma qarşılıqlı hücumların məntiqi nəticəsi kimi qapılara yol tapmaq mümkün olmadı. Emmanuel Apeh 54-cü dəqiqədə meydan sahibi “Sabah”ı önə çıxardı. Hakimliklə bağlı qarşılıqlı narazılıqların olduğu oyunda ikinci topu Parris əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə vurdu. Bununla da “Sabah” “Araz Naxçıvan”ı 2:0 hesabıyla məğlub etməyi bacardı.
Murad Musayevin gedişindən sonra baş məşqçisiz qalan “Sabah” mükafatçılar sırasına bir qədər yaxınlaşmağı bacarıb. Komanda 34 xalla 6-cı sırada yer alsa da, 3-cü pillədən çox da uzaq sayılmaz. 31 xallı “Araz Naxçıvan” isə 8-ci pilləyə qədər geriləyib.

“Qəbələ” – “Səbail” 2:3
Qollar:
Ürfan Abbasov, 13. Osama Xalayla, 26 - Yusif Nəbiyev, 58. Rüfət Abdullazadə, 65. Nir Bardea, 90+1.
Qırmızı vərəqə: Lukas Afriko, 41.
“Qəbələ”:
13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Kaxaber Sxadadze.
“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 7. Madi Keta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Qəbələdə azarkeşlər əməlli-başlı triller izlədilər. Kaxaber Tsxadadzenin gəlişindən sonra dirçəlməyə çalışan “Qəbələ” ilk yarıda rəqibi “Səbail”dən açıq-aşkar üstün idi. Bu üstünlük özünü hesabda da əsk etdirdi. Meydan sahibləri iki baxımlı qolla önə keçdilər. Amma bu mövsüm izlədiyimiz ssenarinin davamı bu da dəfə də özünü göstərdi. Hakimlər briqadası oxşar epizodlarda fərqli qərarlar verməklə “Qəbələ”ni azlıqda qoydular. Bu da öz nəticəsini hesabda göstərdi. 41-ci dəqiqədə azlıqda qalan “qırmızı-qaralar” fasilədən sonra üstünlüyü əldən verdilər. Nir Bardea əsas vaxta əlavə olunmuş dəqiqələrdə 3-cü qolu “Qəbələ”nin qapısında keçirməklə “Səbail”ə vacib qələbə qazandırdı.
Sərgilədiyi mübariz oyunun mükafatını ala bilməyən “Qəbələ” 16 xalla turnir cədvəlinin sonuncusu olmağa davam edir. 37-ci xalını qazanan “dənizçilər” isə ilk “üçlüyə” daxil olmağın sevincini yaşayır.

“Neftçi” – “Qarabağ” 1:4
Qollar:
Filip Ozobiç, 71-pen - Nəriman Axundzadə, 47. Toral Bayramov, 60-pen; 90+3. Leandro Andrade, 90+7.
“Neftçi”:
93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Turun mərkəzi görüşündə “Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul etdi. Avropa Liqasında qazandığı uğurlarla bütün Azərbaycanı sevindirən “köhlən atlar” sıx qrafikdən əziyyət çəksə də, Qurban Qurbanov bu qarşılaşmaya ciddi yanaşmışdı. Lunyov, Bəhlul, Zubir, Yankoviç kimi əsas heyətin üzvləri ilk dəqiqələrdən meydanda idə. İlk yarıda tərəflər çox çalışsa da, qapılara qol vurulmadı. Əsas hadisələr də ikinci hissədə baş verdi. Əvvəlcə Nəriman Axundzadə başla hesabı açdı. Az sonra Toral Bayramov penaltidən ikinci qolu vurdu. Ozobiç də eyni qaydadan fərqi azaldıb, intiriqanı artırsa da, “Neftçi” böyükhesablı məğlubiyyətdən qaça bilmədi. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə “Qarabağ” iki oxşar epizodda rəqibini əks-hücumda yaxaladı. Hər iki fürsəti qaçırmayan “köhlən atlar” “Neftçi Arena”dan 4:1 hesablı qalibiyyətlə ayrıldılar.
“Qarabağ” rəqiblərindən uzaqlaşmağa davam edir. Turnir cədvəlinin liderinin aktivində 60 xal var. Qurban Qurbanovun komandası ən yaxın izləyicisi “Səbail”i 23 xal qabaqlayır. “Neftçi” isə 36 xallı üç komandadan biridir. “Ağ-qaralar” əlavə göstəricilərə görə 3-cü pilləni tutur.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

21:00

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

20:20

Buffon bu matçın təkrar keçirilməsini istəyir: "Hər şey başqa cür ola bilərdi"

19:57

"Difai Ağsu" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

18:45

Osimhen bu iki klubdan birinə keçəcək - SON DURUM

18:10

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

17:50

"Arsenal" ulduzunu bu qiymətə satmağa qərar verdi

17:33

"Heç-heçə ideal nəticədir" - Rodriqo

17:14

De Boskenin yeni iş yeri bəlli oldu

16:55

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

16:26

Verner və Devis üçün mövsüm bitdi

16:07

"Onu gətirə bilsək, əla seçim olacaq" - "Bayern"in prezidenti namizəd məşqçinin adını açıqladı

15:50

"Biz uğura daha çox acıq" - Emre Can

15:29

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

15:10

AÇ-2024: Belçika millisi Kurtua ilə bağlı yekun qərarını açıqladı

14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

14:07

Jorjinyonun aqibətinin necə olacağı bilindi

13:50

"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər

13:32

"Evdəki oyundan sonra finala yüksələcəyimizə əminik" - Toni Kroos

13:14

"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

12:55

İspaniya bütün turnirlərdən kənarlaşdırılır - Bu tarixə qədər möhlət verildi 

12:37

Krivotsyuk oynadı, komandası...

12:20

"Bayern Münhen" - "Real Madrid" matçında 4 qol - VİDEO

12:03

"Real" buna görə bizi cəzalandıra bilər" - Harri Keyn

11:44

"Prezident Kuboku 2024"-ün açılış mərasimi keçirildi

11:12

"İçimdə belə bir hiss var ki..." - Karlo Ançelotti

10:54

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

10:36

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

10:18

Qriliş "Mançester Siti"dən gedəcək, İngiltərədən yox

10:00

"Bir qədər üzücüdür, amma..." - Musiala "Real"la oyundan danışdı

09:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:21

"Bayern" - "Real" matçının ən yaxşı oyunçusu müəyyənləşdi

00:57

ÇL: "Bayern" - "Real" oyununda məhsuldar heç-heçə

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

19:27

Azərbaycan millisi Rumıniyaya uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X