18:01 07.03.2024 650

Dalaşan futbolçulara 4 oyunluq cəza, 4 komandaya texniki məğlubiyyət

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar açıqlanıb:

Region Liqasının “Qobustan” – “Lənkəran” oyununda “Qobustan”ın baş məşqçisi Elburus Baxşəliyevin cəzalı olmasına baxmayaraq tribunadan düşərək hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandığına görə cəzasının üzərinə 2 oyun əlavə edilib.

Region Liqasının “Balakən” – “Bərdə” oyunu bitdikdən sonra “Balakən”in futbolçusu Ramil Məmmədov hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-17 Liqasınınn “Neftçi” – “Səbail” oyununda “Səbail”in futbolçusu Fariz Hüseynov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Neftçi”nin futbolçusu Sadiq Məmmədli də qarşıdurma zamanı rəqibi təpiklə və yumruqla vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılıb. “Neftçi”nin futbolçusu Həsən Mahmudov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb. “Səbail”in futbolçusu Elmar Baxşızadə qarşıdurma zamanı rəqibi təpiklə və yumruqla vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılıb. “Səbail”in futbolçusu Kərim Orucov qol vurulan zaman rəqib texniki zona önündə qeyri-etik jest etdiyinə görə, həmçinin qarşıdurma zamanı rəqibi təpiklə və yumruqla vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-17 Liqasının “Universal Football Academy” – “Turan Tovuz” FK oyununda “Universal Football Academy” komandasının futbolçusu Cavid Fərəcov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-14 Liqasının “Qarabağ” FK – “Neftçi” PFK oyununda “Neftçi”nin azarkeşləri oyun zamanı hakimləri təhqir edilib. Buna görə “Neftçi”yə xəbərdalıq edilib.

U-14 Liqasında keçirilən “Çıraqqala” - İOEUGİM oyununda İOEUGİM komandasının heyətində 18 nömrəli futbolçusu Ömər Əhmədlinin qarşılaşmanın 59-cu dəqiqəsində aqressiv davranışa (rəqibi yumruqla vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 4 oyun cəzalandırılsın (maddə 40.3);

U-11 Liqasının “Aran” (Şirvan) - “Hacıqabul-Şərq” oyunu “Hacıqabul-Şərq” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Hacıqabul-Şərq” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Şahdağ” (Qusar) – “Metak” FK oyunu “Şahdağ”ın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Şahdağ” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Universal” FA – “Modern” FC oyunu “Modern”in heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Lokomotiv” (Ucar) – “Kürdəmir” FK oyunu “Lokomotiv” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Lokomotiv” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X