
"Neftçi"nin kapitanı Emin Mahmudov zədələnib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXVI turu çərçivəsində keçirilən "Kəpəz"lə oyunda xəsarət alıb.
Belədə 77-ci dəqiqədə əvəzlənən kapitanın yerinə meydana Andre Şinyaşiki daxil olub.
Qeyd edək ki, "Kəpəz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.