Misli Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün keçirilən "Qəbələ" - "Neftçi" oyunundan öncə meydan sahiblərinin futbolçusu Ülvi İsgəndərov mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, ötən ayın ən yaxşı qolunun müəllifi olan Ülviyə pul mükafatını Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
Qeyd edək ki, hazırda 16:30-da başlayan "Qəbələ" - "Neftçi" oyununun ilk yarısı oynanılır. Görüşdə hesab açılmayıb.