Misli Premyer Liqasının XXIX turunda "Neftçi"nin qonağı olacaq "Sumqayıt" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:
"Ayağı sındığı üçün uzun müddətə sıradan çıxan Kristian Velinovskinin durumu bəllidir. Kristianı nəzərə almasaq, hazırda başqa zədəli futbolçumuz yoxdur. Oktavio Manteka və Masaki Murata isə vərəqə limitləri dolduğu üçün "Neftçi"yə qarşı oynaya bilməyəcəklər. Bildiyiniz kimi, iki oyunluq diskvalifikasiya edilən məşqçi Seymur Rəhimov da bu matçda texniki zonada olmayacaq".
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması aprelin 7-də keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək.
Nihat