Avropa Liqasının I təsnifat mərhələsinin Tiraspolda keçirilən ilk oyununda "Zirə"yə 0:1 hesabı ilə uduzan "Şerif"in baş məşqçisi Yuri Qula sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis belə danışıb:
"Rəqib sadə bir vəziyyətdə qapımıza yol tapdı. Qol vurmalı olsaq da, bunu bacarmadıq. Oyun boyu hücumlar qurduq, ancaq şanslarımızdan yararlana bilmədik. David Volkov müdafiədə buraxdığımız səhvdən ustalıqla yaralandı".
Qeyd edək ki, "qartallar"ın yeganə qpluna matçın 88-ci dəqiqəsində David Voklov imza atıb. "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra Mərdəkandakı “Liv Bona Dea Arena"da baş tutacaq. Qarşılaşmanın start fiti 20:00-da səsləndiriləcək.