Misli Premyer Liqasının II turu da “Neftçi” və “Sabah” üçün uğursuz oldu. İddialılar hər ikisi qələbəyə həsrət qaldılar. “Qarabağ”la “Zirə” isə ardıcıl ikinci qələbəni qazanmaqla turnir cədvəlinin zirvəsini “özəlləşdirdilər”. Kurban Berdıyevin “Turan Tovuz”la ilk qələbəsini qazanması da bu turun diqqətçəkən olaylarından oldu.
Qarabağ – Kəpəz 3:0
Qollar: Riçard Almeyda, 48. Abdullah Zubir, 72. Juninyo, 85.
“Qarabağ": 12. Sadiq Məmmədzadə , 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 19. Redon Cica
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Beniza, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Kəpəz”: 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 17. Ümid Səmədov, 78. Yahor Kvalko (k), 28. Redon Mihana, 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci
Baş məşqçi: Adil Şükürov
“Kəpəz”in “Qarabağ”a müqavimət göstərə bilməyəcəyi onsuz da məlum idi. Bu qarşılaşmanın “Ludoqorets”lə səfər oyunundan öncəyə təsadüf etməsi və Qurban Qurbanovun “çərçivə”də gənc Sadiq Məmmədzadəyə şans verməsi gəncəlilər üçün kiçik ümid işığı sayıla bilərdi. Amma bu məqamlar belə “Kəpəz”in nəinki xal qazanmasına, heç qol vurmasına da yardımçı olmadı. Yeganə təskinlik odur ki, qonaqlar ilk yarıda qapılarını toxunulmaz saxlaya bildilər. “Qol pərdəsi” ikinci hissədə açıldı. Almeyda vurduğu qolla “hələ qocalmamışam” dedisə, Zubirlə Juninyo ikinci hissədə meydana daxil olub, səviyyə fərqini ortaya qoydular. “Qarabağ” azarkeşlərini həyacanlandırmadan 3:0 hesablı qələbə qazandı. Bu qələbə çətin Bolqarıstan səfəri öncəsi futbolçular üçün motivasiya sayıla bilər.
“Qarabağ” 6 xalla zirvədəki yerini rahatlayıb. “Kəpəz” isə xala həsrətdir və turnir cədvəlinin sonuncusudur.
Araz-Naxçıvan – Şamaxı 1:0
Qol: Maçado, 60.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 14. Miço Kuzmanoviç
Baş məşqçi: Elmar Baxşıyev
“Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 11. Conatan Benteke, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 93. Brahim Konate
Baş məşqçi: Ayxan Abbasov
“Şamaxı” ötən tur “Sabah”ı büdrətməklə elitaya qayıdışının təsadüf olmadığını göstərməyə çalışmışdı. Amma bu uğurun ciddi qəbul edilməsi üçün Mərdəkandan da xalla qayıtmaq lazım idi. Qonaqlar isə bunu bacarmadı. Düzdür, ilk yarıda nominal meydan sahibləri hesabı aça bilmədi. Bununla belə onların üstünlüyü aşkar hiss edilirdi. Gözlənilən qol isə 60-cı dəqiqədə gəldi. Braziliyalı hücumçu Maçado Bəxtiyar Həsənəlizadənin gözəl ötürməsini tora qovuşdurdu. Qalan dəqiqələrdə təzyiqi artıran “Şamaxı” azı iki epizodda qola yaxın oldu. Xüsusən də qonaqların künc zərbəsindən sonra həmlələri təhlükəli alınırdı. Lakin hesabı bərabərləşdirmək mümkün olmadı və hakimin final fiti “Araz Naxçıvan”ın 1:0 hesablı qələbəsini rəsmiləşdirdi.
3 xalı aktivinə yazan naxçıvanlılar turnir cədvəlinin beşinci pilləsində yer alıb. “Şamaxı” isə ötən tur qazandığı 1 xalın sayəsində 7-ci sıranı tutur.
Səbail – Neftçi 1:1
Qollar: Dimitro Litvin, 48 - Yuri Matias, 23.
“Səbail”: 1. Hüseynəli Quliyev, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k), 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 23. Robert Bauer, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon
Baş məşqçi: Roman Qriqorçuk
Tur “Neftçi” üçün uğursuz oldu. Ötən həftə “Turan Tovuz”a bata bilməyən “ağ-qaralar” “Səbail”lə oyundan da 1 xalla ayrıldı. Baxmayaraq ki, hesabı açan “Neftçi”nin müdafiəçisi Matias olmuşdu. 23-cü dəqiqədə gözəl baş zərbəsi ilə hesabı açan Yuri “Neftçi”nin fasiləyə öndə çıxmasını təmin etdi. Amma ikinci hissənin startındaca hesab bərabərləşdi. Litvin də topu başıyla tora göndərdi. 90 dəqiqənin tamamına xeyli vaxt qalsa da, tərəflərdən heç biri fərqlənməyi bacarmadı. Belədə hərəyə bir qol vuran tərəflər elə 1 xalla da kifayətləndilər.
Bu xal itkisi “Neftçi” azarkeşlərinin heç də ürəyincə olmadı və oyun bitən kimi onlar futbolçuları yanlarına çağırıb, etirazlarını bildirdilər. Azarkeşləri də başa düşmək olar. Mövsümə çempionluq iddiaları ilə başlayan “Neftçi” iki turdan sonra iki xalla 6-cı sıradadır. İlk xalını qazanan “Səbail” isə yalnız “Kəpəz”i qabaqlayır.
Turan Tovuz – Sumqayıt 1:0
Qol: Xəyal Nəcəfov, 34.
"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdiyev
"Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slaviça Radoviç, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva
Baş məşqçi: Samir Abasov
“Sumqayıt” mövsümə “Kəpəz” üzərində qələbə ilə başlasa da, komandanın heyətində problemlərin olduğu hiss edilirdi. Yay fasiləsində bir çox əsas futbolçularını itirən Samir Abasov onların yerini doldura bilməyib. Heç də təsadüfi deyil ki, “gənclik şəhəri”nin təmsilçisi Tovuz səfərindən əliboş döndü. Kurban Berdiyev yeni komandasının “sükanı arxasında” ilk qələbəyə sevindi. Tovuzlulara qələbə gətirən qolu yaxşı təşkil olunmuş kombinasiyanın sonunda Xəyal Nəcəfov vurdu. 34-cü dəqiqədə vurulan bu qol oyunda yeganə oldu. Buna da meydan sahiblərinin tempi aşağı salması, qonaqların isə bu gedişatı dəyişməyə hazırlıqlı görünməməsi səbəb oldu. Minimal hesablı qələbəyə sevinən “Turan Tovuz” ilk ev oyununda aktivinə 3 xal yazdı.
Məğlubiyyətsiz “Turan Tovuz” 4 xalla “Qarabağ”la “Zirə”nin izləyicisidir. “Sumqayıt” isə “Kəpəz”lə oyundakı qələbə sayəsində 5-ci yeri tutur.
Sabah – Zirə 0:2
Qollar: Utziq, 50-pen. Suma, 52
"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 20. Coy Lens Mikels
Baş məşqç: Krunoslav Renduliç
"Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka (k), 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 70. İssa Cibrila, 18. Martins Junior
Baş məşqçi: Rəşad Sadıqov
UEFA Konfrans Liqasında mübarizəni davam etdirən iki klubumuzun Masazırdakı qarşılaşmasında sevinən tərəf “Zirə” oldu. Bu da təsadüf sayılmamalıdır. Çünki Rəşad Sadıqovun komandası indi daha yaxşı formadadır. Bunu həm qitə kuboklarındakı, həm də Premyer Liqadakı çıxışı ilə sübut edir. “Sabah” isə hələ də “Makkabi” ilə oyunun eyforiyasında və yorğunluğundadır.
Masazırdakı qarşılaşmanın ilk yarısında hesab açılmadı. Təzyiqi artıran qonaqlar bunun bəhrəsini ikinci hissənin əvvəlindəcə gördü. Utzir 50-ci dəqiqədə penaltidən hesabı açdı. İki dəqiqə sonra isə Suma “Zirə”nin üstünlüyüni iki topa çatdırdı. Sona qədər bu hesab dəyişməyincə “qartallar” vacib qələbə qazandılar.
İki turda maksimum xal toplayan “Zirə” “Qarabağ”la şərikli liderdir. Mövsümə uğursuz start verən “Sabah” isə 1 xalla 8-ci pillədə yer alıb.
Amal Abuşov