12:15 30.08.2024 1143

"Komandanın qarşısına avrokuboklara vəsiqə tələbi qoyulub" - "Turan Tovuz"un İdarə Heyətinin sədri

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Ötən mövsümü 6-cı pillədə başa vuran "Turan Tovuz"un yeni "futbol ili"nə necə başlayacağı böyük maraq doğururdu. Ölkənin futbol xəritəsində xüsusi yeri olan bölgəni təmsil edən "bozqurdlar"ın ünlü çalışdırıcı Kurban Berdiyevə tapşırılması şübhəsiz, diqqətçəkən məqam idi. Əslində bu mütəxəssisin komandanı yeni inkişaf səviyyəsinə çatdıracağını proqnozlaşdıranlar az deyildi, amma razılaşaq ki, belə başlanğıc çoxları üçün sürpriz oldu. Əlbəttə, ilk 4 turda uduzmayan və qapısında qol görməyən Tovuz təmsilçisinin mövsümün sonunda harada olacağını indidən demək daha çox münəccimlik iddiasına bənzəyər. Lakin nəticələr fonunda komandanın ortaya qoyduğu futbol da müsbət proqnozlar səsləndirməyə ciddi əsas verir. Təbii, qərblilərin Misli Premyer Liqasına fırtına kimi start verməsi ölkə çempionatında rəqabətin artması baxımından olduqca xoş mənzərədir. Bəlli məsələdir ki, rəqabətin artması inkişafı şərtləndirən əsas amildir.

Heyət çox dəyişməsə də...

Baş məşqçi postunda Ayxan Abbasovu əvəzləyən Berdiyevin heyəti yenidən formalaşdırmadığı, daha doğrusu, söküb-yığmadığı faktdır. Düzdür, komandada müəyyən dəyişikliklər olub. Bununla belə, gedənlərlə gələnlərin siyahısına baxsaq, klubun yüksək ödənişli legionerlərə qucaq açmadığına şahidlik edərik.


"Turan Tovuz" "onurğa"nı qorumaq şərti ilə zəif mövqeləri sahmana salmağa çalışıb və görünən budur ki, bu strategiya işə yarayıb:  

Gələnlər: Kurban Berdiyev (baş məşqçi), Elçin Qasmov (icarədən qayıdıb, "Şamaxı"), Tural Bayramlı ("Araz Naxçıvan"), İvan Konovalov, Sergey Samok, Kristian da Sİlva ("Sabah"), Veysəl Rzayev ("Sabah"), Araş Qadiri ("Peykan", İran), Rüfət Əhmədov ("Kəpəz"), İbrahim Ramazanov ("Qəbələ"), Fərid Yusifli ("Neftçi")
Gedənlər: Ayxan Abbasov (baş məşqçi), Tərlan Əhmədli ("Araz-Naxçıvan"), Fərid Nəbiyev ("Səbail"), Aydın Bayramov ("Zirə"), Belaydi Pusi ("Şamaxı"), Kamal Bayramov ("Şamaxı"), Bruno Qonçalves, Luis Paçu
Müqavilə müddətini artıranlar: Aleks Souza, Şəhriyar Əliyev, Emmanuel Hakman, Alexandro Serrano, Ayxan Quseynov, Sadiq Quliyev, Otto Con,  Faiq Hacıyev, Eltun Turabov, Denis Marandiçi, Xəyal Nəcəfov, Roderik Miller, İsmayıl Zülfüqarlı 

4 matçda 4 fərqli düzüm

Mövsümə "Neftçi" ilə səfər oyunu ilə başlayan bölgə təmsilçisi "ağ-qaralar"la qolsuz bərabərliyə razılaşdı. Bakı komandasının həmin matçda rəqibindən üstün performans sərgiləyə bilmədiyi çılpaq gerçəklikdir. "Turan Tovuz" türkmən mütəxəssisin rəhbərliyi altında çıxdığı ilk rəsmi matçda qələbə qazana da bilərdi. Hərçənd müdafiədəki intizamlı oyun və futbolçuların meydanın hər qarışı uğrunda amansız mübarizə aparması baxdığını görə bilənlərin "burada nəsə var" deməsinə kifayət etdi. Ardından öz meydanında "Sumqayıt" üzərində minimal hesablı qələbə qazanan "bozqurdlar"ın çalışdırıcısı birinci dueldəki 5-3-2-dən yalnız ikinci hissədə istifadə etdi. Halbuki komanda ilk dəqiqələrdə 4-3-3 sxemi ilə mübarizə aparırdı. Daha sonra "Kəpəz"lə qarşılaşan və "qərb derbisi"ndə Gəncə komandasını 3 cavabsız qolla üstələyən tovuzluların çalışdırıcısı 3 xalı 3-4-3 düzümü ilə qazandı. Azərbaycanın Avropa arenasındakı ən uğurlu təmsilçisi, son mövsümü "qızıl dubl"la bitirən "Qarabağ"la görüşü isə kulminasiya nöqtəsi adlandıra bilərik. Yenə intizamlı oyun, yenə meydanda can qoyan oyunçular və penaltidən vurulan qol sayəsində əldə edilən 3 xal. Matçdan sonra keçirilən mətbuat konfransında "köhlən atlar"ın çalışdırıcısı Qurban Qurbanovun rəqibin layiqli qələbə qazandığını söyləyərək, bir vaxtlar futbolçu qismində formasını geyindiyi Tovuz komandasının ünvanına xoş sözlər səsləndirməsi sıradan məqam deyil.



Yeri gəlmişkən, ölkənin "div"i ilə matçda qonaqların bir neçə real qol vəziyyətini boşa verdiyini də qabartmalıyıq. "Qarabağ" ikinci yarıda döyüşə atılan Zubir - Benzia - Juninyo triosu ilə vəziyyəti dəyişməyə çalışsa da, bütün cəhdlər səmərəsiz qaldı. Qurban Qurbanovun komandasına qarşı 3-5-2 sxemi ilə mübarizə aparan qərblilər matçın sonlarında kəsərli əks-hücumlar təşkil edir, heç-heçəyə razı olmadıqlarını intizamlı və cəsarətli futbolla isbatlayırdılar.

Yaxşı qapıçı komandanın yarısıdır

Yeni baş məşqçinin gətirdiyi İvan Konovalov "yaxşı qapıçı komandanın yarısıdır" deyiminə bariz nümunədir. Rusiyalı qolkiperin 4 çempionat matçında qapısını toxunulmaz saxlaması yetərincə önəmli məqamdır. Düzdür, futbolda "quru" seriya ümumi nəticələr qədər vacib amil deyil. Ancaq "çərçivə" qoruyucusu və müdafiə xətti arasındakı anlaşmanın bu səviyyədə olması hər oyunda "Turan Tovuz"u tək qoymayan azarkeşlər üçün böyük ümid anlamındadır. Bəli, istənilən uğurlu seriyanın sonu var. Startdakı statistika isə komandanın psixoloji hazırlığı, özünəinamı baxımından olduqca əhəmiyyətlidir. 

"Komandanın qarşısına avrokuboklara vəsiqə hədəfi qoyulub"

Tovuzluların geridə qalan turlarda adından söz etdirməsi neytral futbol həvəskarlarının da ürəyincədir. Bəs görəsən uğurlu çıxış davam etsə, komanda bir qədər də gücləndiriləcəkmi? Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevə 3 sual ünvanladıq.

- "Turan Tovuz"dan belə başlanğıc gözləyirdinizmi?

-  Bu yay keçirilən təlim-məşq toplanışında komandanın yanında olmuşuq. Görülən işlər belə düşünməyə əsas verirdi. Baş məşqçinin tələblərini, yanaşmasını, etdiyi dəyişiklikləri məşq proseslərində izləmişdik. Açığı, uğurlu start gözləyirdim. Bu, bizim üçün sürpriz olmadı. 


- Komandanın qarşısına bu mövsüm avrokuboklara vəsiqə hədəfi qoyulubmu?

- Komandanın qarşısına bu mövsüm avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Baş məşqçi ilə görüş zamanı bu barədə fikirlərimizi bildirmişik. Əlbəttə, komandadakı hər kəsin buna inanması lazım idi. Futbolçulardan tutmuş inzibati işçilərə qədər hər kəs hədəf barədə məlumatlandırılıb. Bu hədəfə çatmaq üçün hər kəsin əlindən gələni etməsi istənilib. Məqsədimizə çatıb-çatmayacağımız ayrı mövzudur. Əsas olan budur ki, biz işlərimizi hədəfimizə uyğun görək. Sonrası nəsib işidir. Allan nəsib edərsə, istəyimizə çatarıq. Hansı Avropa turnirinin hansı mərhələsinə qədər irəliləyəcəyimiz önəmli deyil. Bu mövsüm üçün hədəf avrokuboka vəsiqədir.

- Uğurlu çıxış davam etsə, heyətə yeni oyunçular cəlb ediləcəkmi?

- Bizim bəlli bir büdcəmiz var. Uğurlu performans davam etsə də, büdcəmiz çox dəyişilə bilməz. Hazırda hücumçu mövqeyinə yeni oyunçu gətirməklə bağlı görüşmələrimiz davam edir. Seçici olmağa çalışırıq. Büdcəmizin geniş olmadığını nəzərə alaraq transfer xatirinə transfer etmək istəmirik. Baş məşqçinin təsdiq  edəcəyi transferi bu gün də həyata keçirməyə hazırıq. Çatdıra bilsək, bu transfer pəncərəsində, çatdırmasaq, qışda edəcəyik. Söhbət maddiyatdan yox, uyğun futbolçunun tapılmasından gedir.

Ümumiyyətlə, məsələyə iki prizmadan yanaşmalıyıq. Əsas heyətə transferlər və yerli oyunçuların yetişdirilməsi. Yəni hər mövqeyə birdən artıq oyunçu transferi nəzərdə tutulmur. Büdcəmiz imkan versəydi belə, çox sayda transfer bizim uzunmüddətli inkişaf strategiyamıza uyğun deyil. Hər mövsüm üçün 15-16 oyunçu nəzərdə tutulur. Qalanları "dubl"dan, klubun öz yetirmələrindən olmalıdır. Təbii ki, mövsüm uzundur, zədəlilərimiz də olacaq, cəzalılarımız da. Bu çatışmazlıqları klubun digər komandalarındakı oyunçularla sığortalamaq istəyirik. "Dubl"un nəticələrinə baxsaq, bu komandamız da ötən mövsümdəkindən fərqli olaraq uğurlu startla diqqət çəkir. Əsas komandanın baş məşqçisi Kurban Berdiyev əvəzedicilərin oyunlarına gedir, gənclərə diqqət yetirir, onlara məsləhət və tövsiyyələrini çatdırır. Bu da komandaya yeni stimul gətirir. Hər kəs öz üzərində daha məsuliyyətlə işləyir. Bu da bizə az büdcə ilə daha çox işə nail olmaq imkanı yaradır. Məqsəd gələcəkdə Azərbaycan futboluna böyük fayda verməkdirsə, əsas komandaya çox sayda oyunçu gətirib gənclərin yolunu kəsməməliyik.

Kapitan nə danışdı?

Komandanın yeni baş məşqçisi və yaxşı startı barədə kapitanın nə deyəcəyi də maraqlı idi. "Bozqurdlar"ın mərkəz müdafiəçisi Şəhriyar Əliyevin fikirləri ilə tanış olun:



"Əlbəttə, hər məşqçinin futbola öz yanaşması, öz oyun üslubu var. Yeni baş məşqçimiz Kurban Berdıyev komandanın gücünün futbolçuların fərdi motivaisya səviyyəsindən asılı olduğunu ilk gündən deyib. Elə klublar olub ki, maliyyə problemlərinə baxmayaraq, ortaya qoyduqları futbol yetərincə ambisiyalı alınıb. Berdiyev bizə özünəinam aşıladı. Komandada sözün əsl mənasında, oyun sistemi var. Bilirik ki, hər birimiz əziyyət çəkmədən, ümumi məqsədimizə çata bilmərik. Çalışırıq ki, bu sistemin gündən-günə daha yaxşı səviyyəyə çatmasına nail olaq. 4 oyuna 10 xal çox yaxşı başlanğıcdır. Qələbə qazanmadığımız oyunlarda belə, meydanın xalla tərk etmək üçün bacardığımızdan da artığını etməyə çalışmalıyıq. Müsbət nəticələr şübhəsiz, oyundan-oyuna özünəinamı bir qədər də artırır. Əvvəllər rəhbərliyi altında oynadığım hər bir məşqçidən nələrsə öyrənmişəm. Hər birinə öz təşəkkürümü bildirirəm. Berdıyevlə işləmək şəxsən mənim üçün böyük şansdır. Gələcəkdə karyeramı bitirəndən sonra da ondan öyrəndiklərimdən faydalana bilərəm. Ondan çox şey öyrənmək olar. Komandada intizama xüsusi şəkildə diqqət yetirir. İlk baxışda o qədər də çox diqqət çəkməyən xırdalıqları da nəzərə alır. İnanın, hər toplantıda bizim o qədər səhvlərimizi göstərir ki… Halbuki həmin oyunda çox yaxşı oynadığını düşünürsən. Səhvləri göstərdikcə, real mənzərəylə tanış olursan. Ən xırda bir şeyi dəfələrlə soruşsan da səni tam başa salana qədər izah edir. Müdafiənin etibarlı oyunu Berdıyev üçün çox önəmlidir. Bu yöndə həddindən artıq tələbkardır. Şükürlər olsun ki, ilk 4 oyunda top buraxmamışıq. Bundan sonra öz üzərimizdə daha səylə işləməli və uğurumuzun davamını gətirməliyik. Biz futbolçu olaraq, istənilən yaşda inkişaf etməyi qarşımıza məqsəd qoymalıyıq".

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Oktyabr 2024
12:10

"Alison "Liverpul"da qalsa belə..." - Mamardaşvili meydan oxudu

11:52

Lionel Messi het-trik etdi, azərbaycanlı hücumçunu geridə qoydu

11:34

Tuxel İngiltərə millisində milyonlar qazanacaq - Maaşı açıqlandı

11:17

Raşford İngiltərəni Fransaya dəyişə bilər - Cəlbedici təklif hazırlanır

10:59

“Avarçəkməyə gənclərin və yeniyetmələrin marağı böyükdür" - Azad Gözəlov

10:43

"Sabah" Avropa Kubokunda növbəti matçını keçirəcək

10:32

“Mingəçevir reqatası-2024” başlayır

10:14

“İlk dəfədir özümü azad hiss edirəm” - Almaniyalı ulduz

09:55

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda iki medal qazandılar

09:36

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:15

Argentina ilə Braziliyadan darmadağın, Messi yenə şou göstərdi - VİDEO

00:54

Millətlər Liqası: İspaniyadan darmadağın, Portuqaliyadan bərabərlik

00:42

"Liverpul" 17 yaşlı oyunçu ilə müqavilə bağladı

00:29

U-21 İngiltərəyə rüsvayçı hesabla uduzdu

15 Oktyabr 2024
22:36

İspaniya klubu rus futbolçudan niyə imtina edib? - Agenti açıqladı

21:46

"Yayılan məlumatlar ağ yalandır"

20:11

Fonseka keçmiş oyunçusunu "Milan"a gətirir

19:21

"Mançester Yunayted" Antoni ilə bağlı qərarını verdi

19:08

AGF rəsmiləri Qəbələyə səfər etdilər

18:48

Uruqvay millisinin üzvü İtaliyaya qayıtdı

18:02

İngiltərə nəhəngi "Bayern Münhen"in iki futbolçusunu istəyir

17:43

Azərbaycan boksçusu "bürünc"ü təmin etdi

17:23

Deşam Mbappenin zorlamada ittiham edilməsindən danışdı

17:05

Tuxel bu yığmanın baş məşqçisi olmağa əsas namizəddir

16:34

Paraqvaylı yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

16:29

Ederson üz-üzə gəldiyi hücumçulardan hansını ən təhlükəli sayır?

16:11

"Sumqayıt"ın baş məşqçisi bilindi

15:52

Daniel Maldini millidə debüt etdi, tarixi ilk reallaşdı

15:34

Yüksək Liqa ilə Birinci Liqanın püşkü atıldı

15:16

Retklif Ferqyusonla müqaviləni ləğv etdi

14:58

"Mançester Siti"də hamımız spirtli içki içir, qadınlarla vaxt keçirirdik"

14:40

"Barselona"nın yeni qolkiperi ən çox qorxduğu hücumçunun adını açıqladı - "O, mənə 3 şüşə pivə göndərib"

14:23

Mbappenin başı dərddə - İsveç polisi zorlama ilə bağlı araşdırmalara başladı

14:05

"Barselona"dan Xaviyə: "Apardıqlarını gei qaytar"

13:46

Daniel Maldini İtaliya millisindəki debütünü belə dəyərləndirdi

13:28

"Salahın yeni müqavilə imzalayacağını heç cür təsəvvür etmirəm"

13:10

Tçuameni Zidandan sonra ikinci belə futbolçu oldu

12:52

Frimponq İspaniya nəhənginə bu qiymətə keçə bilər

12:34

Cek Qriliş komanda yoldaşına qola görə mükafat vəd verib

12:16

"Barselona"nın müdafiəçisinin aqibəti necə olacaq? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X