"Qarabağ" yarımmüdafiəçisi Hamidu Keyta ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Fanat.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.
Keyta “Qarabağ”la Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.