22:55 20.09.2024 758

"Neftçi" əvvəl-axır yenə öz uğurlu nəticələrini geri qaytaracaq" - Qurban Qurbanov

"Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayırdıq. "Neftçi"nin son nəticələrinə baxdıqda, bilirdik ki, çox ciddi hazırlaşacaqlar. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücumda olan tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinliklər çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox mədəni formada yaxşı azarkeşlik oldu. "Neftçi"yə və Roman Qriqorçuka uğurlar arzu edirəm".

 Fanat.Az xəbər verir ki, bu sözləri bu gün Misli Premyer Liqasının 7-ci tur çərçivəsində "Neftçi"yə 4:0 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi deyib. 

Ağdam təmsilçisinin çalışdırıcısı matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qarşıda "Tottenhem"lə matç var. Bu oyunda o görüş üçün nəyisə sınaqdan keçirdiz?
- Fikrimiz var idi. Bəzi elementlərlə bağlı idi. Amma çox az alındı. Bu da oyunun gedişatına görə idi. Oyunun sonlarına yaxın daha çox alınmağa başladı.

- Ötən mövsüm "Qarabağ" daha həvəsli görünürdü, bu mövsüm eyni tempdə gedirsiz. Bu motivasiya ilə "Tottenhem"ə qarşı yaxşı çıxış etmək mümkün olacaq?
- Oyundan əvvəl motivasiya veriləcək. Amma bu və oradakı oyunun tempi eyni olmayacaq. Rəqib məcbur edir ki, daha sürətli oynayaq. Bu və o oyunları yan-yana qoymaq olmaz. Əfsuslar olsun ki, tez-tez ritm dəyişir. Ən vacib elementlərdən biri, rəqibin tempinə hazır olaq.

- Ağdamda yeni "İmarət" stadionunun təməli atıldı. Bununla bağlı fikriniz necədir? 
- Maraqlandım. Şəkillərə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi. Deyəsən, əvvəlcə daha böyük tutumlu nəzərdə tutulmuşdu. Sırf futbol stadionudur. Azarkeşlər meydançaya tam yaxındır. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq. Avroliqa oyunları üçün böyük olsaydı, yaxşı idi. Amma bununla başlamaq da pis deyil. Sevindim buna. Özü də, 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq.

- Bu gün beşinci qola vaxt çatmadı?
- "Neftçi"yə uğurlar arzulayıram. "Neftçi" rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam. Orada oynamışam, baş məşqçi olmuşam. Bu nəticələr heç birimiz üçün xoş deyil. Səbirli olmaq lazımdır. Futboldur, hamımızın işində belə nəticələrlə ola bilər. Zəmanət yoxdur ki, "Qarabağ" çempion olacaq. Heç bir komanda üçün belə uğursuzluq istəmərəm. Hər biri öz komandalarımızdır. Avrokuboklarda hamımız bir oluruq. Məncə, səbirlə, gözləmək lazımdır. Belə hallar olanda deyirəm ki, demək xeyir var. "Neftçi" böyük tarixə malik klubdur. Əvvəl-axır, sonda yenə öz əvvəlki uğurlu nəticələrini geri qaytaracaq.

- Qara Qarayev "Neftçi"dən ayrıldıqdan sonra azarkeşlər istəyir ki, karyerasını "Qarabağ"da bitirsin. Onun geri qayıtması realdır?
- Bu gün komandada belə fikir yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni üzür. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur.

- Onunla təmasınız olub? Əvvəl millidən indi isə "Neftçi"dən uzaqlaşdırıldı. Bu məsələlər haqda onunla danışmısız?
- "Qarabağ"da olanda da millidə oynamırdı. Söhbətimiz olurdu. Belə hallarla bağlı çox dərinliklərə getmirəm. Futbolçunun yaşı elədir ki, təcrübəlidir, işin içindədir, daha düzgün görür. Bütün futbolçulara tövsiyyəm o olub ki, darıxmayın, səbir edin. Baş məşqçi rəhbərdir. İntizamını qoruyub-saxlasın, məşqlərdə ən yaxşılardan olmağa çalışsın. Get-gedə çox futbolçuda belə hallar olub. Qara güclü xarakterə malik biridir. Oynamadığı halda da, məşqlərdə ən yaxşılardan olub. Konkret nəsə deməyim, olmayıb. Bir onu bilirəm ki, Qara özünü həmişə günahlandırıb. Burada oynamayanda da, heç vaxt məşqçinin üzərinə atmayıb. Peşəkarlıq onda var. Kiminsə dalınca danışdığını görməmişəm. İnanmıram ki, desin oynatmadılar.

- "Tottenhem"i izləmək üçün Londona getmişdiz?
- Xeyr, getməmişdik. Heç kimi göndərməmişdik.

Mənbə: sportal.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 İyul 2025
23:45

"Fənərbağça"da şok ayrılıq

23:17

Sesk Fabreqasın klubu "Qalatasaray"ın futbolçusuna elçi düşüb

22:45

"Fənərbağça"nın Sançezə təklif etdiyi maaş məlum olub - MƏBLƏĞ

22:05

"Qarabağ" yoxlama matçında məğlub oldu

21:45

Depay karyerasını Türkiyədə davam etdirə bilər

21:22

London klubu AÇ-nin ən yaxşı futbolçusunu istəyir

20:47

Sneyderin oğlu bu klubla müqavilə bağladı

20:11

"Qalatasaray"dan 35 milyonluq ulduz transferi

19:50

"Zirə" Türkiyədə qələbə qazanıb

19:19

"Neftçi" daha bir transfer açıqlayıb - RƏSMİ

18:47

İtaliya klubu Kenan Yıldızla anlaşdı

18:20

"Liverpul" 67 milyonluq təklifi rədd etdi

17:48

"Səbail"in yerli oyunçulardan ibarət "11-liy"i məlumdur - ADLAR

17:23

Rusiya klubunun serb forvardı "Sumqayıt"da? - SON DURUM

17:13

Mateta İngiltərə nəhənginə keçir

17:02

"Zirə" Lavalla əməkdaşlığa son qoydu - RƏSMİ

16:50

"Neftçi"dən növbəti transfer - RƏSMİ

16:40

UEFA 9 klubumuza ödəniş etdi

16:29

Birini işə götürdülər, o biri də "Mingəçevir"dən AFFA-ya şikayət etdi

16:11

"Zirə"nin "Hayduk"la oyununa biletlər satışa çıxarıldı

15:52

Nicat Süleymanovun yeni klubu bəllidir

15:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:16

Əlcəzairli müdafiəçi hansı Azərbaycan klubuna keçəcək?

14:58

"Səbail" I Liqanın hazırlığına bu tarixdə başlayacaq - AÇIQLAMA

14:30

AFFA-da Bəxtiyar Musayevə vəzifə verildi

14:22

Henderson İPL klubuna keçdi - RƏSMİ

14:04

Rəhman Hacıyevin yeni klubu bilindi

13:46

Məqsəd İsayev "Kəpəz"də - RƏSMİ

13:28

"Sumqayıt"ın iki futbolçusunun taleyi qeyri-müəyyəndir

13:10

Adil Şükürov "Kəpəz"dən ayrılır? - AÇIQLAMA

12:52

Ozobiç Azərbaycan təmsilçisinə "pul oxudu"

12:34

III MDB Oyunlarında iştirakı təsdiqlənən idmançıların sayı açıqlandı

12:16

Millinin qapıçısı "Sabah"a keçə bilər

11:58

"Zirə" Türkiyədə növbəti matçına çıxır

11:39

"İmişli"ni Premyer Liqaya çıxaran baş məşqçinin yeni iş yeri bilindi

11:20

Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer olundu

10:44

ÇL: İkinci mərhələyə adlayacaq 12 komanda müəyyənləşir

10:25

"Araz-Naxçıvan"ın rəqibi 2 yeni transfer reallaşdırdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"Malyorka" "Barselona"nın ulduzunu "su qiyməti"nə aldı - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X